Menu

Britaniyada koronavirusa növbəti rekord sayda yoluxma qeydə alınıb

06.01.2021, 20:57
Britaniyada koronavirusa növbəti rekord sayda yoluxma qeydə alınıb

Böyük Britaniyada son sutka ərzində 62 322 nəfər koronavirusa yoluxub. Bu, pandemiyanın başlamasından etibarən qeydə alınan ən yüksək göstəricidir.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb.

Qeud eilib ki, hazırda koronavirusa yoluxanların ümumi sayı 2 836 801 nəfərə çatıb.

Son sutka ərzində 1041 nəfər isə koronavirusdan həyatını itirib. Bu, 21 apreldən etibarən qeydə alınan ən yüksək göstəricidir. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 77 346 nəfərə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol