Azərbaycanda rayon, şəhər və icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılır.
“Report” xəbər verir ki, bu Prezident İlham Əliyevin “Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı”nda dəyişiklik edilməsi ilə bağlı Fərmanında nəzərdə tutulub.
Yeni şöbə Şöbə müdiri və Böyük məsləhətçi ştatlarından ibarət olacaq.


Şərhlər
Vaxtında yaradılmış şöbədir.İndi özbaşına özlərinə "veteran təşkilatları" yaradanların qarşısı alınmalı,məmurların təklif etdiyi maddi maraq müqabilində ağız-burunlarını əyə-əyə veteran və qazilərə,şəhid ailələrinə verilmiş hüquqları heçə endirməyə çalışan "yuyulmamış qaşıqların" meydanı daralacaq.Ağıllarına gələn adlar altında həssas qurupları aldadan gədələrin fəaliyyəti dayandırılmalıdır.Veteranların,əlil və şəhid ailələrinin yeganə köməyi dövlət ola bilər və olur.