Menu

Aksiyada Trampın 4 tərəfdarı öldürülüb - Biri güllələnib, digərləri...

07.01.2021, 12:21
Aksiyada Trampın 4 tərəfdarı öldürülüb - Biri güllələnib, digərləri...

Vaşinqton polisi ABŞ-da Kapitoli binasına basqın zamanı Prezident Donald Trampın dörd tərəfdarının öldüyünü bildirir. Basqın Konqres Co Baydenin prezident seçkisində qələbəsini təsdiqləyən zaman gerçəkləşib.

“Ölümün səbəbini bilmirik, tibbi vəziyyətdə xüsusi halın yarandığını düşünürük”, – Vaşinqton Metropolitan Polis Departamentinin rəhbəri Robert Konti yanvarın 7-də üç ölümlə bağlı deyib. “Güllədən bir nəfər ölüb… o, hadisə yerindən xəstəxanaya aparılıb”, – o, aldığı yaralardan ölmüş dördüncü qurban haqqında söyləyib.

Konti basqınla əlaqədar 52 nəfərin saxlandığını, iki əldəqayırma bombanın aşkarlandığını bildirir. Bombalardan biri Demokratik Milli Komitənin, digəri Respublikaçı Milli Komitənin binaları yaxınlığında tapılıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol