Menu

"Bəzi hallarda düzgün məlumat mənə çatdırılmırdı" - Azərbaycan Prezidenti

07.01.2021, 12:38
"Bəzi hallarda düzgün məlumat mənə çatdırılmırdı" - Azərbaycan Prezidenti

“Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmağa başlanmışdır. Hesab edirəm ki, o da sırf kadr islahatları ilə bağlı olan məsələdir. Xoşagəlməz hallar bürokratiya tərəfindən ört-basdır edilirdi və bəzi hallarda düzgün məlumat mənə çatdırılmırdı. Müvafiq qurumlar korrupsiyaya və rüşvətxorluğa qarşı kifayət qədər ciddi mübarizə aparmırdılar, bəzi hallarda cinayətlərə göz yumurdular. Bütün bunlar həqiqətdir. Kadr islahatları artıq buna da son qoyub”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

“Bu gün heç kim, cinayət törətmiş insan vəzifəsindən asılı olmayaraq məsuliyyətdən boyun qaçıra bilməz. Heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur. Bunu hər kəs bilməlidir. Hesab edirəm, 2020-ci ilin hadisələri göstərir ki, hər kəs bunu artıq bilir”, - Prezident əlavə edib.

Şərhlər

S.Ənvərqızı 2021-01-07 16:04:48

Hörmətli cənab Prezident ! Sizə yenə də məlumatlar düzün çatdırılmır. Belə ki, uzun müddət ailəm məmur özbaşnalığından əziyyət kəçməsi ilə əlaqədar olaraq PA -da bir neçə dəfə qəbulda və ünvanınıza saysız-- hesabsız müraciətlər etməyimə baxmayaraq heç bir nəticəsi olmamış, etika xatirinədə olsa cavabda verilməmişdir... Bu gündə məmur özbaşnalığı hökm sürür, vətəndaşların müraciətlərinə PA əhəmiyyət belə verilmir , baxılmır ? Ünvanınıza saysız - hesabsız etdiyim elektron (@pa gov.az) müraciətlərimi qanuni qaydada araşdırılıb tədbir görmək üçün aidiyyatı üzrə göstəriş verməyinizi sizdən xahiş edirik. Ölkəmizdə sosial narazılıqları yaradanlar yerində olmayan məmurlardır. Xahiş edirəm sizə sadiq olan məmur tərəfindən qəbul olunmağıma köməklik göstərəsiniz. Azərbaycanımızın və xalqımızın rifahı naminə Ulu Tanrı sizin yardımçınız olsun.

Vətəndaş 2021-01-07 13:19:21

Guya indi dəyişən nədirki? Yenədə prezidentə heçnə düzgün çatdırılmır.necə deyərlər köhnə hamam köhnə tas..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol