Menu

Vətən müharibəsində 12 ermənini məhv edən igid - VİDEO

07.01.2021, 18:42
Vətən müharibəsində 12 ermənini məhv edən igid - VİDEO

Vətən müharibəsində 44 günlük şücaəti ilə seçilənlərdən biri də Kərimli Bodur Eldar oğludur.

1994-cü ildə Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olan Bodur ailədə dörd uşaqdan ən kiçiyidir. O, Ağstafa rayon Şahin Abadovadına orta məktəbi bitirib.

Hərbi xidmətdə Qusar rayonunda olub. 2014-2018-ci illərdə Şəmkir, 2018-2019-cu illərdə isə Bakı hərbi polisində çalışıb.

“Report” xəbər verir ki, əsgər Kərimli 44 günlük müharibə ərzində 12 ermənini məhv edib, xeyli sayda düşmən yaralayıb. B.Kərimli hal-hazırda N saylı hərbi hissədə çalışır və 3-cü dərəcəli “Rəşadət Ordeni” ilə təltif olunub.

Ailəlidir. İki oğlu var.

Şərhlər

Xalq 2021-01-07 21:27:10

Allah sənə bolluca xeyir, ruzi, bərəkət və sağlamlıq bəxş eləsin ki, o iki balanı böyüdüb boya-başa çatdırasan ay Qazi oğlum!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol