Menu

Tramp 12 saatlıq qadağadan sonra "Twitter"də ilk paylaşımını edib

08.01.2021, 09:42
Tramp 12 saatlıq qadağadan sonra "Twitter"də ilk paylaşımını edib

ABŞ prezidenti Donald Tramp on iki saatlıq qadağadan sonra “Twitter” hesabında ilk paylaşımını edib.

APA TASS-a istinadən xəbər verir ki, Tramp öz səhifəsində Vaşinqtondakı iğtişaşları pisləyən bir videomüraciət paylaşıb və diqqətini yaxın gələcəkdə hakimiyyətin Cozef Baydenə ötürülməsi prosesinə yönəldəcəyini bildirib.

Qeyd edək ki, çərşənbə günü Vaşinqtonda baş verən iğtişaşlardan sonra ABŞ-ın hazırkı prezidenti azı 12 saat müddətinə “Twitter”də yazmaq imkanından məhrum edilib. O, həmçinin səlahiyyət müddətinin sonunacan “Facebook” və “Instagram”da da paylaşım edə bilməyəcək. Bu sosial şəbəkələrin ardınca “Twitch” xidməti və “Snapchat” sosial şəbəkəsi də Trampın akkauntlarını bloklayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol