Menu

Trampın Konqresə hücum edən tərəfdarları cəzalandırılır

09.01.2021, 00:08
Trampın Konqresə hücum edən tərəfdarları cəzalandırılır

Amerika Birləşmiş Ştatlarının (ABŞ) fəaliyyətdə olan prezidenti Donald Trampın Kapitoliyə hücum etmiş tərəfdarları repressiyalara məruz qoyulur. CNN xəbər verir ki, yanvarın 7-dəki aksiyada iştirakı təsdiqlənmiş bir sıra şəxslər işlərini itiriblər, 5 nəfər isə həlak olub.

Merilend ştatındakı «Navistar» marketinq şirkəti bəyan edib ki, Kapitolidə olduğunu təsdiqləyən fotosuna görə, öz əməkdaşını işdən azad edəcək. Texasdan olan hüquqşünas Pol Devis həmin hadisələr zamanı iştirakını təsdiqləyən videonun sosial şəbəkədə nümayişindən sonra özünün «Goosehead Insurance» şirkətində işini itirib. Növbəti yazıda Devis bildirib ki, "dinc etiraz edib", amma artıq gec olub.

Pensilvaniya ştatının keçmiş nümayəndəsi Rik Sakkone öz səhifəsində özünün Kapitolidə olduğunu təsdiqləyən foto və videosunu yayandan sonra, Sen Vinsen kollecindəki işini itirib. Bundan başqa, ABŞ Respublikaçılar Partiyası Texasda Valter Vesti vəzifəsindən kənarlaşdırıb. O, «Feysbuk» səhifəsində Kapitolidəki hadisələri dəstəkləyib.

Başqa bir xəbərdə isə deyilir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden Tramp tərəfdarlarını «daxili terrorçular» adlandırıb. Onun sözlərinə görə, Kapiolidə baş verənlər «Donald Trampın demokratiyaya hücumunun nəticəsidir».

«Tramp Konqresə hücum edən kütləni dəstəklədi, Amerika seçiçisini susmağa məcbur etmək məqsədilə o, kütlədən istifadə etməyə cəhd göstərdi» - Bayden bildirib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol