AMEA FİZİKA İNSTİTUTUNDA MİLYONLARI KİM “YEYİB”? – “O zaman sədr Ramiz Mehdiyev idi...”

"Dünyada elmin inkişafına dair layihələr işlənilir, strategiyalar qəbul olunur. Bunun fonunda bizdə nə baş verir: Vaxtilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tacı sayılan Fizika İnstitutundakı mövcud vəziyyət, sən demə heç ürəkaçan deyilmiş..."

"AzPolitika.info" xəbər verir ki, bunları millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev “feysbuk” statusunda yazıb.

Deputat AMEA-nın yanvarın 8-də keçirilən iclasındakı qərarını sosial şəbəkədəki hesabında paylaşaraq, ondan sitat gətirib: "Fizika İnstitutunda mükafatların verilməsi, ezamiyyə xərclərinin qanunvericiliyin tələblərinə uyğun ödənilməməsi, institutun fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin qanunsuz və əsassız olaraq başqa təşkilatlara ödənil¬məsi, büdcədə qalan artıq pul vəsaitlərinin əsassız silinməsi, kadr fəaliyyəti üzrə əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması, qanunsuz və əsassız əmrlərin verilməsi, kargüzarlıq fəaliyyətinin qanunauyğun aparılmaması, habelə əmək və icra intizamının kobud şəkildə pozulması aşkar olunub..."

E.Əliyev yazır ki, institutun direktoru, akademik Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini akademik Cavad Abdinov, institutun baş mühasibi İradə Qulubəyova və Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad ediliblər: "Həmçinin akademik Nazim Məmmədov Azərbaycan Respublikasının Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əlaqələndiricisi vəzifəsindən də azad olunub, bununla bağlı müvafiq dövlət qurumuna müraciət olunacağı bildirilib. Bundan əlavə, institutun bir sıra əməkdaşları işlərində yol verdikləri nöqsanlara görə barələrində intizam tənbehi tətbiq edilib".

Deputat vaxtilə bu institutdakı maxinasiyalar barədə yazdığını xatırladır: "Təcili Fizika İnstitutuna "Elmin İnkişafı Fondu"ndan verilən fantastik rəqəmlərlə ifadə olunan qrant layihələrinin icrası da yoxlanılmalıdır. Birinin məbləği 3 milyon manat idi. Həmin vaxtlar Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının sədri akademik Ramiz Mehdiyev idi..."

"AzPolitika.info"

635x100

Şərhlər

Yaģmur 2021-01-11 19:06:45

Bilirsiz,Rasim Aģasiyev elmə heç bir aidiyyəti olmayan təsadūfū adamdır. Rəyasət heyəti aparatına gəlməmişdən əvvəl uzun mūddət Yasamal Rayon Polis Idarəsində Pasport və qeydiyyat şöbədinin mūdiri işləyib. Sonradan dönūb olub alim. .

veteran 2021-01-11 00:12:07

Bu Ramiz Mehdiyevin nazı ilə çox oynadılar.Bəs deyilmi?

Istanbula 2021-01-10 21:06:49

Şəkiyə (Akademiyaya)təyin etdiyi kadrdan hər şey bəllidir...

Nəsibə 2021-01-10 20:34:53

Məmləkətə təşəkkür edirəm. Çox doğru məlumat vermisiniz. AMEA-nın bütün əməkdaşları Ağasiyevin kim olduğunu çox yaxşı bilir. Ramiz Mehdiyev onu əvvəlki işinə qaytaranda hamı şok yaşadı. Rasim müəllim məgər bilmir ki, şöbə müdiri olduğu institutun işçilərinin 3/2 hissəsi “ölü can”dır... Birinci yoxlamanı Hüquq və İnsan Haqları İnstitutundan başlasaydı çox məqsədəuyğun olardı!

2021-01-10 20:33:46

Məmləkətə təşəkkür edirəm. Çox doğru məlumat vermisiniz. AMEA-nın bütün əməkdaşları Ağasiyevin kim olduğunu çox yaxşı bilir. Ramiz Mehdiyev onu əvvəlki işinə qaytaranda hamı şok yaşadı. Rasim müəllim məgər bilmir ki, şöbə müdiri olduğu institutun işçilərinin 3/2 hissəsi “ölü can”dır... Birinci yoxlamanı Hüquq və İnsan Haqları İnstitutundan başlasaydı çox məqsədəuyğun olardı!

Elm 2021-01-10 20:24:38

Mən Həqiqətin fikri ilə tam razıyam. Bəli, Fizika İnstitutunda yoxlama qərəzli aparılıb. Görün, akademiki kim yoxlayıb? Korrupsiya əməllərinə görə işdən uzaqlaşdırılıb, indi də Ramiz Mehdiyevin sifarişlərini yerinə yetirən AMEA-nın 1 nömrəli korrupsioneri Rasim Ağasiyev. Rasim müəllim belə düzgün adamdırsa, nəyə görə hələ də Hüquq və İnsan Haqları İnstitutunda şöbə müdiri işləyir? Nəyə görə həmin institutda yoxlama aparmır? Demək olar ki, hər həftə institutdan səbəbsiz yerə uzaqlaşdırılmış hüquq üzrə fəlsəfə doktorları və hüquq üzrə hüquq elmləri doktorları direktorun artıq cinayət həddinə çatmış korrupsiya əməllərindən Ramiz Mehdiyevə qalaq-qalaq şikayət məktubları göndərdikləri halda heç biri də araşdırılmır.

Məmləkət 2021-01-10 14:40:17

Bir baxın, Fizika İnstitutunda yoxlama aparan komissiyanın sədri kimdir? AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev!.. Bu həmin Rasim Ağasiyevdir ki, AMEA-nın sabiq prezidenti Akif Əlizadəyə institut direktorları tərəfində edilmiş haqlı şikayətlər əsasında, korrupsiya əməllərinə görə işdən çıxarılmışdı. Çünki Rasim müəllim uzun illər boyu direktorlara təzyiq edərək rüşvət alaraq, elmə aidiyyəti olmayan şəxsləri ürəyi istədiyi institutlara yerləşdirirdi. Cana doyan direktorlar da Akif Əlizadəyə bu barədə dəfələrfə şikayət etmişdilər. Uzaqgörən Rasim müəllim hələ idarə rəisi işləyən zaman, Hüquq və İnsan Haqları İnstitutunda Əcnəbilərin hüquqları və miqrasiya adlı şöbə təsis etmiş və özünü də müdir təyin etmişdi. 2 ilə yaxın AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi eyni zamanda Əmək Məcəlləsinə zidd olaraq 1 ştat vahidi həcmində həmin institutda müdir olaraq “işləmişdi”. Lakin Akif Əlizadə tərəfindən işdən çıxarılan Rasim Ağasiyev Ramiz Mehdiyev gələn kimi yerinə qaytarıldı. AMEA-nın köhnə korrupsionerləri Rasim müəllimin Mehdiyevin “işinə yarayacaq” adam olduğunu bildirdikləri üçün onu yenidən əvvəlki işinə bərpa etdi. Hamıya məlumdur ki, Ramiz Mehdiyev korrupsiya əməllərinə görə işdən çıxarılmış sabiqləri öz ətrafına toplayıb! AMEA-nı korrupsiya yuvasına çevirib.

vətəndaş 2021-01-10 13:40:42

AMEA-nın institutları "ölü canlar"la doludur. Bu institut direktorlarının klassik qazanc yeridir.

XİN-dəki biabrçı duruma dair 2021-01-10 13:28:42

eyni problemlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində də mövcuddur. Mammedyarov getdi, amma köhnə problemlər qalmaqda davam edir, həm də getdikcə eybəcərləşir. Bu yaxınlarda nümayəndəliklərə ezam edilmək mqəsədi ilə imtahan keçirildi, amma bu imtahandan daha çox məzhəkəyə bənzəyirdi, Təsəvvür edin, imtahan keçirilir, amma nəticələri açıqlanmır, bunun niyə belə edildiyi də əməkdaşlara izah edilmir. Əməkdaşların rotasiyası məsləsi heç həll edilməyib. Bu qurum tam iflic vəziyyətindədir. Təzə nazir isə kabinetindən bayıra çıxmayır. Kadrların rəisi heç kimi qəbul etmir, heç kimlə danışmaq istəmir, ağzına su alıb susur. Hikmət Hacıyev isə təzə vəzifəsinin keyfini yaşayır, mətbuat vasitəsi ilə gecə -gündüz özünün piarı ümün işləyir, yəni edilən şikayətlərə heç reaksiya da vermir, tazə nazirlə, necə deyərər, "pis olmaq" istəmir. Xİn-ə olan ictimai diqqəti daha da artırmanızı xahiş edirik!

Hūquqşūnas 2021-01-10 10:53:39

O gùn olsun akademiyanın prezidenti özūndə cəsarət tapıb AMEA-nın Hūquq və Insan Haqları Institutuna yoxlama göndərəydi. Institutdan səbəbsiz yerə qovulmuş və hazırda işləyən əməkdaşların Ramiz Mehdiyevə ūnvanladqları şikayətlərə baxılmır. Yoxlama göndərilsə bu kīçik institutun necə korrupsiya yuvası olduģu aşkara çıxar.

OQTAY 2021-01-10 09:21:58

тов.Р.Мехтиев.....,

Oxucu 2021-01-10 00:22:45

3000 şəhidi olan ölkənin alimi oğurluqla məşğuldur.

İstanbul 2021-01-10 00:17:40

“Boz Kardinal” necə ki, axirəti boylamıyıb xeyri yoxdur. Əziz xalqım bil və agah ol bu ölkəyə rüşvəti, korrupsiyanı bir nəfər gətirib o da Ramiz Ənvəroviçdir!

Həqiqət 2021-01-09 13:39:19

Yağış yağanda hamı islanır, yaxud palçıqlı yolda hamının ayaqqabısı çirklənir SÖZÜMÜN Mustafası: tək bircə Fizika institutundadır bu yeyintilər və qanunsuzluqlar?1 Fizika institutu sifarişlə vurulmayıbsa davamı olmalıdır!..

Son yazılar