“RUSİYA BİZ DÜŞÜNDÜYÜMÜZ QƏDƏR GÜCLÜ DEYİL...” – “11 yanvardan sonra bir çox məsələlərə aydınlıq gələcək”

Qulu Məhərrəmli: "Məqsəd ondan ibarətdir ki, Azərbaycanla sülhməramlılar arasında toqquşma və ya kəskin situasiya yaradılsın..." 

Azərbaycanın qalibiyyəti ilə başa çatmış 44 günlük müharibə, hələlik Dağlıq Qarabağ münaqişəsinin tam həllinə gətirib çıxarmayıb. Rusiya prosesə müdaxilə etdi, üçtərəfli atəşkəs razılaşmasına nail oldu və dərhal sonra ordusunu sülhməramlı qüvvələr adı altında bölgəyə göndərdi. 

Noyabrın 10-dan sonra sülhməramlıların nəzarətində olan Xankəndində və başqa ərazilərdə cərəyan edən hadisələrə Bakıdan səbrli reaksiya olsa da, narahatlıq mənbəyi getdikcə böyüyür. Çünki atəşkəs razılaşmasına bütövlükdə əməl olunmayıb, erməni hərbi birləşmələri ərazidə qalmaqda davam edir, müharibə dövründə bölgəni tərk etmiş erməni əhalisi sülhməramlıların dəstəyi ilə geri qaytarılır, məskunlaşdırılır və s.

Erməni ordusunun qalıqları isə bir neçə dəfə Azərbaycan ordusunun mövqelərinə hücum cəhdləri edib, nəticədə xeyli sayda diversant zərərsizləşdirilib və ya həbs edilib.

Ümidlər var ki, gələn həftə Rusiyada gözlənilən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşündə mövcud problemlər masaya yatırılacaq və onların həlli ilə bağlı qərarlar veriləcək. Amma 10 noyabr bəyanatının tam icra edilməməsi növbəti razılaşmaların icra mexanizmlərinin olub-olmayacağı suallarını gündəmdə saxlayır.

"Əsas təhlükə Rusiya sülhməramlılarının fəaliyyətidir"

Siyasi icmalçı, professor Qulu Məhərrəmli ilə söhbətimizdə bu və digər məsələlər ətrafında söhbət etmişik. Professor əvvəlcə Dağlıq Qarabağda bizim üçün təhlükəli proseslər barədə fikirlərini bölüşüb.

O, hesab edir ki, hərbi əməliyyatlardan sonra bölgədəki vəziyyəti qeyri müəyyənlik, müəyyən mənada isə hərbi-siyasi böhran kimi də qiymətləndirmək olar. 

"Çünki üçtərəfli bəyanatdan sonra tərəflər üçün müəyyənləşdirilmiş addımların bir qismi atılsa da, bir hissəsi icra edilmir. Məsələn, atılan addımlar sırasında Ağdamın, Kəlbəcərin, Laçının boşaldılması ilə bağlı müəyyən problemlər ortaya çıxdı. İndi tədricən mənzərə aydınlaşır.

Əlbəttə, ən ciddi məsələ bəyanatın birinci bəndinə əməl olunmamasıdır. Həmin bənddə göstərilir ki, sülhməramlı qüvvələrin bölgəyə yeridilməsi ilə paralel olaraq oradakı erməni hərbi qüvvələri əzariləri tərk edir. Burada söhbət Ermənistan ordusundan və yerli hərbçilərdən gedir. Əslində bunlar vahid koordinasiya olunan Ermənistan ordusudur. Bununla bərabər sülhməramlılarla separatçılar arasında isinişmə, birgə tədbirlər davam edir, humanitar yardım adı altında nələrin baş verdiyini isə heç kim dəqiq müəyyən edə bilmir. Rusiya Müdafiə Nazirliyinin saytında xəritə oyunu gedir, bəzən biz ona müqavimət göstəririk, bəzən də o qədər sürətli dəyişikliklər olur ki, reaksiya verə bilmirik", - siyasi şərhçi qeyd edib.

Q.Məhərrəmli bütün bunların hamısını “kiçik və böyük təxribatlar” adlandırır: "Məqsəd ondan ibarətdir ki, Azərbaycanla sülhməramlılar arasında toqquşma və ya kəskin situasiya yaradılsın. İndi tədricən duman çəkilir, Prezidentin Yeni il müraciətində müəyyən mesajlar verildi, ilin yekunlarına həsr olunmuş müşavirədə isə siyasətin bəzi konturları açıqlandı. 

Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, bölgə tam Azərbaycanının yurisdiksiyası altındadır, Dağlıq Qarabağa Avropadan, Rusiyadan və ya Ermənistandan kimlər gəlirsə, bu, ancaq Azərbaycanın razılığı ilə mümkündür. Bu tələbdə qeyri-adi heç nə yoxdur, istənilən özünə hörmət edən dövlət məsələyə bu cür yanaşmalıdır".

Professorun sözlərinə görə, əsas təhlükəli məqam Rusiya qoşunlarının Dağlıq Qarabağa yerləşməsi və onların mandatının qeyri-müəyyən olması, funksiyaları haqqında aydın təsəvvürün olmamasıdır. "Onlar faktiki olaraq ərazidə yerli icra hakimiyyətini əvəz edir. Bundan sonra orada nə baş verəcəksə, Rusiyanın günahı ucbatından olacaq. Azərbaycan öhdəliklərə əməl edir, amma Rusiya-Ermənistan çütləşməsinin nəticəsi olaraq müəyyən impulsiv hadisə və reaksiyalar olur. Məncə, yanvarın 11-də Soçidə üçtərəfli görüşdən sonra aydın olacaq ki, nə baş verir və hadisələr hansı istiqamətdə gedəcək", - deyə Q. Məhərəmmli vurğulayıb.

"Yanvarın 11-dən sonra hər şey bəlli olacaq"

Siyasi icmalçı Bakının hazırda tutduğu mövqeyi də dəyərləndirib. O, siyasi rəhbərliyin Rusiyanın Dağlıq Qarabağdakı qanunsuz fəaliyyətinə, separatçılarla mərhəm nünasibətlərə və üçtərəfli sazişin bəndlərinin yerinə yetirilməməsinə sakit reaksiyasını belə qiymətləndirib: "Biz müharibədə qalib gəlmiş dövlət kimi intonasiyamızın yüksək tonda ifadə olunmasını və qalib səslə danışmağı istəyirik. Bu bir istəkdir, amma bölgədə sözün həqiq mənasında başqa bir reallıq yaranıb. Bizim müdaxilə edə bilmədiyimiz ərazi rus qoşunlarının nəzarəti altına keçib. Bu reallıq kifayət qədər ehtiyatlı və tədbirli yanaşma tələb edir. Qorxaqlıq başqa şeydir, hazırda impulsiv, emosional yanaşma yeni cəbhənin açılması deməkdir. 

Azərbaycanın da planında bunlar yoxdur. İstəklər və reallığın məhsulu olan davranışlar fərqli şeylərdir. Mənim düşüncəmə görə Azərbaycanın yanlışlığı ondadır ki, qalib tərəf kimi onun qüvvələri prosesdə iştirak etmir və şərtlərini diqtə etmir. Qarabağdakı proseslərə bu və ya başqa formada reaksiya yoxdur. Bunun olmaması hədsiz şayiələrin baş alıb getməsinə gətirib çıxarır. İndi müəyyən reaksiyalar olub və bu da şüurlarda aydınlatma yaradır. Yanvarın 11-dən sonra hər şey bəlli olacaq".

"Vəziyyət çoxlarının düşündüyü kimi bədbinliyə qapılmağa əsas vermir"

Qulu Məhərrəmli hesab edir ki, bu gün Xankəndində söz sahibi Rusiyadır: "Sözsüz ki, Rusiya həmişə orada olub - hadisələr başlayanda da, Xocalı faciəsi həyata keçiriləndə də - hətta o qətliamda iştirak etmişdi. Rus qoşunlarının Azərbaycandan çıxdığı vaxtda da ordusu o bölgədə idi. Paşinyan ora gələndə də, Cıdır düzündə yallı gedəndə də... Yəni Rusiya həmişə bölgədə olub. Amma indi bu iştirakın forması dəyişib".

Siyasi icmalçı qeyd edir ki, ermənilər sadəlövhcəsinə Rusiyanın onlara şərait yaradacağını düşünürlər: "44 günlük müharibədə aydın göründü ki, ruslar ermənlərə hansı şəraiti yaratdı. Ona görə də ermənilərin illüziyaları tamamilə mənasız bir şeydir. Mən qəti şəkildə bu fikrin tərəfdarıyam ki, Qarabağdakı ermənilərin heç bir siyasi gələcəyi yoxdur, olmayacaq, olması da mümkünsüzdür. Bu təkcə Azərbaycanın iradəsi ilə bağlı deyil. Rusiya hələ ki, onlara müəyyən bir şərait yarada bilir, amma zamanı gələndə ermənilərdən vasitə kimi istifadə edir, onların kütləvi qırılmasına, bu cür faciələrlə üzləşməsinə səbəb olur. 

Necə ki, 1905, 1915, 1918-20-ci illərdə, sovet hakimiyyəti dövründə, 90-cı illərdə və hazırda edir, yenə də etməyə çalışacaq. Ermənilərin ağıllı, düşünə bilən adamları bunu dərk edirlər, dilə gətirənləri də olur. Rusiyanın hazırda əsas istəyi Qarabağ vasitəsi ilə həm Ermənistanı, həm də Azərbaycanı təsir altında saxlamaqdır. Bununla həm siyasi, həm iqtisadi bəhrələnməklə və nüfuz dairəsini saxlamağa çalışır ki, bu da Rusiyanın strategiyasıdır. Bölgədə ən ali məqsədi odur ki, onu ələ keçirib hər iki tərəfə təsir edir. Əlbəttə, burada əsas məsələ Azərbaycandır, onun iqtisadi gücü, potensialıdır. Amma Rusiya biz düşündüyümüz qədər güclü və tədbirli dövlət deyil. Onun bölgədə nə qədər qalacağı qeyri-müəyyəndir. Təbii, indi bir güc kimi bölgədədir, ordusu, silahı, ağır texnikası var. Ona görə də biz də xeyli ehtiyatlı davranmalıyıq".

Qulu Məhərrəmli hesab edir ki, Azərbaycan müstəqilliyini və beynəlxalq hüquqdan irəli gələn məsələləri gündəmdə saxlamalıdır: "Rusiya bizimlə necə oyun oynayırsa, ona adekvat addımlar atmalıyıq. Əlbəttə, heç bir halda kəskin addımlar atmaq üçün Rusiyaya bəhanə vermək olmaz. Son 30 ildə, eləcədə 44 günlük müharibədə Azərbaycanın atdığı addımlar, hüquqi, siyasi, diplomatik baxımdan düşünülmüş idi. Bundan sonra da bu addımları atmalyıq.

Bizim xarici siyasətdə əsas işimiz beynəlxalq hüquqa istinad, BMT nizamnaməsinə uyğun olaraq öz müstəqilliyimizi, ərazi bütövlüyünü qorumaq olmalıdır. Əlbəttə, biz orada yaşayan ermənilərə öz vətəndaşlarımız kimi baxmalıyıq. Bu, bizim siyasi rəhbərliyin çıxışlarında dəqiq ifadə olunur. Onlarla da fərqli şəkildə siyasət aparılmalıdır. Yəni Rusiyanın regionda lövbər salması real faktdır, biz addımlarımızı buna uyğun müəyyənləşdirməliyik. Gələcək 2-3 ildə mənzərə tam aydınlaşana qədər bu siyasətəi aparmalıyıq".

Siyasi icmalçı qeyd edr ki, bu prosesdə Rusiyanın gözləmədiyi, arzulamadığı məsələ Türkiyənin iştirakıdır, Qərb dövlətlərinin münasibətidir. Eyni zamanda reallaşdırıla bilən layihələrdə Qərbin maraqlarının təmin edilməsidir: "Ona görə də hesab edirəm ki, vəziyyət çoxlarının düşündüyü kimi bədbinliyə qapılmağa əsas vermir. Önəmli məsələ odur ki, biz işğal altında olan torpaqları azad etmişik, artıq quruculuq işləri başlayıb. Düşünürəm ki, Azərbaycanın bundan sonrakı addımları bu çərçivədə davam etsə, çox şeylərə nail olmaq mümkündür".

Türkiyə və Qərblə əlaqələrimizi gücləndirməliyik

Bəs bundan sonra Azərbaycanın xarici siyasətində Qərblə münasibətlər necə olmalıdır. Professor qeyd edir ki, burada iki rakurs var - biri Qərblə, digəri isə Türkiyə ilə münasibətlər: "Məncə, Türkiyə ilə münasibətlərin bütün parametrləri aydındır. 44 günlük müharibədə Türkiyənin birmənalı şəkildə Azərbaycanın yanında olması və ona mənəvi, siyasi dəstək verməsi hər şeyi sübut etdi. Ərdoğanın bəyanatındakı "Mən olmasam belə Türkiyə əsgərləri orada olacaq" fikri hər şeyi deyir. Ona görə də biz təkcə Türkiyə ilə etnik yaxınlığımızı yox, dostluq, əməkdaşlıq, partnyorluq siyasətini davam etdirməliyik. İndiyə qədər olduğu kimi tam səmimi şəkildə bu dövlətin arxamızda olduğunu hiss etməliyik. 

Türkiyənin İsraillə münasibətləri yaxşılaşır bu da bizə yeni dostluq, əməkdaşlıq platforması açır. Bu siyasətin üzərində dayanmaqla biz Qərbə doğru çıxırıq. Türkiyə-Qərb münasibətlərinin bəzi məqamlarda gərgin olmasına baxmayaraq, Türkiyə NATO, Qərb deməkdir, ona görə biz bunu yaddan çıxarmamalıyıq".

Q.Məhərəmmli hesab edir ki, Qərblə münasibətdə təxminən iki nüans var. 

"Birincisi, iqtisadi layihələrimizdə Qərbin işitrakıdır. Məsələn, indi neftdən sonra Azərbaycan qazının Avropaya çıxması müsbət hadisədir. Çünki müasir siyasətdə iqtisadi maraqların təmin olunması öndə dayanır. Əlbəttə, ikinci nüans da az əhəmiyyətli deyil. Bu, ölkə daxilində aparılan siyasi islahatlardır. İnsan haqları, hüquq və azadlıqlarla bağlı islahatların aparılması və normal siyasi münasibətlərin tənzimlənməsi vacibdir. Bunların hamısı beynəlxalq təşkilatların Azərbaycana qarşı təzyiqlərinin qarşısını almağa xidmət etməlidir. Hesab edirəm ki, yaxın gələcəkdə bu reallaşması mümkün olan siyasətdir və biz bunu davamlı şəkildə aparmalıyıq", - professor vurğulayıb.

E.Rüstəmli

"AzPolitika.info"

635x100

Şərhlər

Eli 2021-01-12 18:25:35

Eliye cavab yazan müellime.Müellim 1800-cü ilde dünya ehalisi 1milliard olsnda Rusiya imperiysı 100 million nefer idi.İndi dunya ehalisi 7 milliardan artıqdır Rusiyada 146 million nefer bar.Ancaq Allahın yer küresinde yaratdığı yerüstü ve yeraltı servetlerini üçde biri dusların torpağındadır istifadesi ve rusların yaşayış seviyyesi göz qabağındadır.İndi “Dünyanın sahibleri” deyirli bu servetler edaletsiz bölünün buna yenniden baxilmslıdır SSRİ dağıdıldı növbe Rusiyanındır ki etrafında yaradılan munaqişe ocaqları da bu mu testiqleyir

Eli 2021-01-12 02:27:29

Hörmetli Vaqif bey men bir qerineden az bir öüddeydir ki işlemirem yeni dövlet qulluğunda ve melumunuz olsun ki bu sebebden de korrupziyz ve rüşvetden uzağamDeputat olmağı isr hesretinde olanlara arzu ederdim amcaa eldeqayırms hoc kişi kimi Xalq elçisi o da her kesr nesib olmaz

Eli 2021-01-12 02:18:55

Eliye cavab yszan müellime.Hörmetli müellim men bir heqiqete ve mentiqe inanıram.Baxın 1800-cü ilde dünya ehalisi 1milliard olanda Rusiya imperiyasının ehalisi 100 million idi .İndi dünya ehalisi 7 milliatdan çox ruslar146 milliondur ancaq o vaxtda indi de Allahın yet üzünde yaratdığı yeraltı be yerüstü servetlerin üçde biri fusların torpağındadır.İndi “ Dünyanın sahibleri” deyir ki bu servetler edzleysiz bölunub buna yeniden bzxılmalıdır be baxılur SSRi dağıldı nöövbe Rydiyznındır ne demokratiya ne haqq edalet Esas kapital ve gücdür

ƏLİ-yə 2021-01-11 02:34:53

Deyəsən hamımızın arzusu olan şey sənə həqiqət kimi görünür?! Sən istəyəni biz də istəyirik amma reallaşması qəliz məsələdir, hamının zənn etdiyi kimi bəsit bir məsələ deyil. Yaşayıb görərik.

Kaku 2021-01-11 02:15:20

Rusiya sulhmeramlilarinin terkibində rusiyada yasayan ermenilerde var....

Vaqif 2021-01-11 01:00:13

Əli deputat olmaq istəyirsən

veteran 2021-01-11 00:36:16

Çox sağ olun Qulu müəllim siyasi şərhə görə.Xalqın 99.9%-i Sizin kimi düşünür.Ayıq- sayıq olmalıyıq.Onsuzda Rusiya çalxalanmağa doğru gedir..

Eli 2021-01-10 23:09:33

Hörmetli Azpolitika o ki ,qaldı Rusiyanın güc be qüdretine onlar hamusı boş şeylerdir bir ölkede ki rehber gücüne arxalanıb potensial reqiblerini fiziki mehv etme yolu ile sıradan çıxara(Beryezovskiy Litvinenko Nemçov ves.) ve onun sulhmeramlı esgeri serxoş veziyyetde dövletinin simasına şerefsizlik getiren neytrallığı qorumaq evezin terefkeşlik ede o ölkenin geleceyi olmaz.

Eli 2021-01-10 22:59:20

Azpolitika o ki,Rusiyanın güvü ve qüdretne ,turklerin böyük laşti

Eli 2021-01-10 20:34:23

İndi bizi Ordumuz qehreman edğerlerimiz müqeddes Şeşdlerimşz ve Qazilerimiz öz işlerini görübler aslıb son Akkordları vurmaq.Memmed Seid Ordubadinin bir tatixi romanı var “Qılınc ve Qelem” qılınc indi öz işini götüb qalır indi qelem.Elinde qelem turanlardan acizane xaihiş edirem heç kimin haqqını danmadaq her şeyi haqlı yazın

Eli 2021-01-10 20:21:21

Hele Yeddi rayon ve onların kendlerinin daşının daş üste qoyulmaöası 30 ilde dayanmadzn qurulan herbi istehkamlar dünya “demokratiyasının bizlere tövhesi ve yuxarıdz deyilenlerin tesdiqidir.İndi hörmetli Elçın be ve professor Azerbaycanın tek ancaqTürkiyyenin menevi ve siyasi desteyine arxayın olaraq 30 illik problemi 44 güne hell et.Meselenin 90 faşzi hell olub aalan hisse aamsız itksiz siyasi diplomatik yolla hell olacaq

Eli 2021-01-10 20:00:05

Qarabağ etrafındzkı yeddi rayonun be onu kendlerinin ddşı daş üste qoymamaları BMT -nin ATET Minsk qrupunun Qarabağ probleminin hellinr “tövhesidir”Hele orda qurulan istehkamlaro demirem Prezident havayı yerd demirdi ki biz gücümüzü gösterdik ve dünyaya isbat eledik ki bu meselenin helli zor gücdür biz de gücümüzü gösterdik.Bele uzat

Eli 2021-01-10 19:53:04

Bir esrden artıqdır ki, dünya ermenileri başda terrorist daşnaklar olmaqla Dağlıq Qarabağ ve Naxçıvanın Ermenistana birleşdirilmesi meselesini gündemden düşmeye qoymurlar.Son 40 ilde ise onlat daha aktivleşdiler ve metice olaraq ATET MQ yaradıldı kibu da aydın meseledir.Bele ki dünyz xristianlarının yaratdığı bu qrup ermeni diasporunun en çox ve güclu olduğu ABŞ Rusiya ve Fransa hemsedrler oldu ve meqsed de Qarabağ problemini hell etmek gox uzada uzada Azerbaycana zor etmek idi ki bu da alınmadı .Bu müddet erzinde görülen menasiz işler ve meticesiz gçrüşler buna hesablanmışdı Müharibr dövründe de Rusiyanın Fransanın ve nezi olkelerinin Ermenistana herbi cehetde açuq açığına kömeklik etmesi deyilenlerin tesfiqidir

Xalq 2021-01-10 17:38:19

Görək rus ordusunu necə çıxaracaqsınız?

OQTAY 2021-01-10 16:55:21

Reis ve Ali Bas Komandanimiz,durmadan calsirlar!!!SEBR edek,her sey oz yerini artiqlamasi ile alacaq!!!Yene qeyd edirem,elmizden bir sey gelmir bos-bos serh yazib,milletin hasiyeti

Vuqar 2021-01-10 15:01:17

RUSIYA-SEREFS.-DOVLET-OLSADA-ELAQE.RI--BALTALAMAQ--OLMAZ-- GELECEK- UCUN!--EMOSIYALARA-QAPILMAQ--OLMAZ!-PREZIDENT--NE--LAZIMDIR-EDIR!

Eli 2021-01-10 14:59:55

İndi Elçin bey Allah seni saxlasın datanmadan eyni mövzunu «еfire çuxarırsan “Men deqiq bilrem ki o vaxt H.Eliyev Nacçıvamda olanda rus qoşunkarınj oradan çıx rahatçıluqla çıxardı yağdan tükü çeken limi bütün texnika silah sırsat aaldı.İndi Siz miye be neden qorxursuz milleti de çaşdırırsız.Azerbaycan indi tek deyil istediyimiz vaxt onları çuxarmaq gücümüz var ve Beynelxalq asnunlar dz bizim terefdedir

Eli 2021-01-10 14:47:19

Men bele başa düşürem.Qedim bir el meselş var :qolun gücü ile on adama ağlın gücü ile 1000 adama qalib gelmek olar.İndi bir şehid vermeden bir gülle atmadan Ağdam Kelbecer Laçın geri qaytarılıb ,seehedler deqiqleşdirilir ve başqa işker de paralel gedir Başa düşmek lazımdır mence 30 ilde artıq bir müddete düşmençilik eden iki dövlet ve iki millet beş deqiqeye qucaqkaşıb işe başlamaqacaqlar vaxt lazımdır.O ki,qaldı Rus sülhmeramlıkarının ordan çıxmasına indı 90 - cı iller deyil o da hell olacaq me qeder li Türkiyye faktoru ortadadır her şey Ela olacaq

Eli 2021-01-10 14:31:44

Prezident birinci günden deyirdi kiTürkiyye bu meselede birinci günden bizim yanımızdadır ve bu çox müjüm ve helledici faktordur.İkincisi Preziden ermeniler dayansın deyende başa düşmek olar ki,o qalan Meseleleri qansuz itkisiz hell etmek isteyir.

Eli 2021-01-10 14:19:33

Biz mence bu Dövletde yaşayıb bj cemiyyerin üzvüyükse bele meselelerde bizim üçün esas fikir Dövlet başçısının Ali baş komandanın fikri ve mövqeyi olmalıdır .Biz ise onları tamam yaddan çıxarıb nesit gikirler seslendiririk.Fizuli alınandan sonra Prezident defelerle Şuşa alınana kimi deyib ermeniler dayansın biz dayanaq.

VƏTƏNDAŞa 2021-01-10 13:40:34

"BİZ" Türkiyəni birlik referendumu ilə tanısaydıq belə Qarabağ problemi qalmazdı? Ancaq, ilkin yardıma baxmayaraq Naxçıvanın (Şərurdan 11ha) işğalı anında qabardılmayıb?

Vətəndaş 2021-01-10 10:24:53

Qulu müəllim Rusiya sülhməramlılarını,daha doğrusu ordusunu oraya buraxmamaq mümkün idi,bunu siz də bilirsin. Dünyadakı indiki siyasi durum buna imkan verirdi. Türkiyə də biz nə desək onu deyir. Rusiyanın kimliyini 200 ildir bilərək nəyə görə düşmənin tam məhv edilməsinə günlər qalmış buna yol verildi?

OQTAY 2021-01-10 10:05:22

Boyuk Turk Milleti olaraq,RF-nin terkibindeki 20-ye yaxin Turk respublikalarina,siyasi destek vererek,rusiyadan ayirilib musteqil olmasina,Boyuk Turk Devletleri komek etmelidir!!!!

Hesabdar 2021-01-10 09:51:06

Əvvəla, Rusiya dövləti yox, Kreml yaxın Şərqə münasibətdə əsasən HAY GÜCÜ siyasəti yeridir və Avropa Kremlin bu diktatını kəskin müdafiə edir? Bu mövqedə hamısına qarşı siyasi və hərbi cəhətdən Türkiyə də qarışıq qat-qat güclüdür!

Son yazılar