Menu

Rusiya prezidenti İlham Əliyev və Paşinyanla görüş öncəsi müşavirə keçirib

10.01.2021, 18:20
Rusiya prezidenti İlham Əliyev və Paşinyanla görüş öncəsi müşavirə keçirib

Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə müşavirə keçirilib. “Report” xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüş ərəfəsində Vladimir Putin Qarabağ və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etmək üçün müşavirə keçirib.

Müşavirədə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin iştirak edib” deyə, məlumatda qeyd olunub.

Qeyd edək ki, yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli danışıqlar aparılacaq.

Şərhlər

Xalq 2021-01-10 21:16:15

putin fikirləş gör daha nə "eləyə" bilərsən! görünür ki, hələ qandan doymamısan!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol