Menu

"Korrupsionerlərə qarşı daha dəqiq zərbələr endirməliyik" - Baş prokuror

10.01.2021, 23:06
"Korrupsionerlərə qarşı daha dəqiq zərbələr endirməliyik" - Baş prokuror

"Korrupsiyaya qarşı mübarizə çərçivəsində korrupsionerlərə qarşı daha dəqiq zərbələr endirməliyik". "Report" xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev "Real" televiziyasına müsahibəsində deyib.

"Bu cinayətləri törədənlərə qarşı həmin sahədə korrupsiya şəbəkələri müəyyən edilməklə onların məhv edilməsi istiqamətində işlər davam etdirilməlidir. Onları elə məhv etməliyik ki, daha yerində başqa şəbəkələr yaranmasın", - K.Əliyev əlavə edib.

Ziyanın ödənilməsi istiqamətində Baş Prokurorluq tərəfindən həyata keçirilən işlərdən danışan K.Əliyev qeyd edib ki, korrupsiya cinayətləri nəticəsində dövlətə və vətəndaşlara vurulmuş ziyanın ödənilməsi çox vacibdir:
"Çünki dövlət büdcəsinə və vətəndaşlara vurulan ziyanın bərpası çox mühümdür. Bir çox işlərdə vətəndaşlara vurulan ziyanlarla bağlı vətəndaşları daha çox onlara vurulan ziyanın ödənilməsi maraqlandırır, nəinki təqsirli şəxsin məsuliyyətə cəlb edilməsi. Təbii ki, bunların hər ikisi təmin edilməlidir: Həm vətəndaşa və dövlətə vurulan ziyan bərpa edilməli, həm də təqsirli şəxs məsuliyyətə cəlb olunmalıdır. Ona görə də bu sahədə tərəfimizdən priorititet istiqamət müəyyən edilməlidir. Mən korrupsiyaya qarşı mübarizə məsələsini nəzərdə tuturam. Sistemli və məqsədyönlü şəkildə fəaliyyətimiz həyata keçirilməlidir. Ümid edirəm ki, belə də olacaq".

Şərhlər

Camal 2021-01-11 18:51:27

Şərhim odurki elə məhkəmələr hakimlər özü korrupsionerdilər qanunla işləmirlər,mən şəxsən Bsş Prokuroluğa şikayət etmişəm bacxılmır ,ölkıədə başdan ayağa rüşvətxorluq dur adi arayış slırsan rüşvət tələb edirlər və ilaxirə hansını deyəsənki?

Bazarın səhmdarı 2021-01-11 11:11:46

Hörmətli Kamran müəllim! Şəki-Bazar ASC -də korrupsiya hökm sürməkdə davdm edir. Sabiq Beynəlxalq Bankın müdiri Cahangir Hacıyev tərəfindən Şəki - Bazar ASC -nin direktor vəzifəsinə "mollalıqla" məşğul olan şəxsi Eldəniz Hacıağayevi qanunsuz olaraq cəmiyyətin direktor vəzifəsinə təyin etməklə bütün səhmdarların hüquqlarını tapdalamışdır. Belə ki," molla" ləqəbli eldəniz Hacıağayev gündəlik yığılan xidmət pullarını aylıq obyektlərdən alınan kirayə haqlarını hesaba daxil etmədən mənimsəyirlər, hesaba yalnız qəpik-quruş mədaxil olunur. Bu səbəbli Səhmdarlar uzun illərdir ki, dividentsiz qalıblar, aidiyyatı qurumlarda bu qanunsuzluqlara göz yumurlar. Bazarın direktor müavini vəzifəsinin əmək haqqısını alan Rövşən adlı şəxs ayda bir dəfə Bakıdan gələrək Bazardan yığılan pulları ( təqribən ayda 35,0 min manat) Bakıya aparır. Şəki Bazarının korrupsiya əməliyyatlarına yerli aidiyyatı qurumlarda göz yumurlar. Molla ləqəbli, savadsız, təhsilsiz bir adamı Bazar kimi mürəkkəb bir xidmət sahəsinə müdir təyin ediblər. Acından ölən, əvvələr mühafizəçi işləyən Eldəniz indi milyonerlər siyahısına adının salınmasına nail olub. Səhmdarların pulunu və vergidən yayınaraq böyük imkanları var : - Villası, maşın kolleksiyası və obyektləri... Dövlətimizin mənafeyini hər şeydən üstün tutaraq Bazardan qeyri-qanuni qaydada mənimsəyən milyonlara nəzarət etməyinizi sizdən x.e. bazarın direktor müavini vəzifəsinin əmək haqqısı alan Rövşəni sorğu-sual etməklə qeyd edilənlərin şahidi olmuş olarsınız ? Rövşən ayda bir və yaxud iki dəfə gələrək Bazardan yığılan pulları Bakıya aparır ? X.e."Molla" Eldənizin hegomonluğuna son qoyun....

vuqar 2021-01-11 00:20:36

DYP - nin imtahan qeydiyyat idaresine yolunuzu salin. 20000-30000.50000 manata nomreler satirlar. dizel ve benzinin qiymetini qaldirmaq evezine o pullari budceye celb edin. onsuzda imkanli adamlar o pulu verib alirlar. Bu pullar kimlerin cibine axir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol