Menu

Xankəndində atəş açan şəxslərin kimliyi məlum olub

11.01.2021, 12:15
Xankəndində atəş açan şəxslərin kimliyi məlum olub

Azərbaycanın Xankəndi şəhərində eşidilən atışma səslərinin haradan qaynaqlandığı məlum olub.

“Report” xəbər verir ki, bununla bağlı qondarma “Dağlıq Qarabağ Respublikası” prezidentinin mətbuat katibi Vahram Poğosyan açıqlama verib.

Onun sözlərinə görə, ötən gün Xankəndi sakini olan bir neçə sərxoş havaya atəş açıb. V.Poğosyan onların saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, dünən Ermənistan mətbuatında Şuşadakı Azərbaycan hərbçilərinin guya Xankəndi istiqamətində atəş açdığı barədə dezinformasiya yaymışdı.

Şərhlər

Vuqar 2021-01-11 15:30:15

Serefsiz-Poqosyan,Nikolunda-basini-sen-yere-soxdun--indide--ermeniler--her-yerde-danisirlarki-QARABAGDA-hara-gedirdin--ANNA-ve-POQOSYAN-qarsilarina-cixirdi!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol