Menu

Fransalı futbolçunun oyun vaxtı ürəyi dayandı

11.01.2021, 16:58
Fransalı futbolçunun oyun vaxtı ürəyi dayandı

Fransanın "Bastiya" komandasının sabiq futbolçusu Kristofer Mabulu dünyasını dəyişib. "Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ötən gün dostları ilə futbol oynayərkən qəflətən ürəyi dayanıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, peşəkar karyerasına Fransanın "Şatoru" komandasında başlamış Konqo əsilli oyunçu "Nansi" və "Evian" klublarının formasını geyinib. O, həmçinin Yunanıstan təmsilçisi "PAS Yannina"da da çıxış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol