Menu

Türkiyənin səhiyyə naziri canlı yayımda peyvənd edildi - FOTO

13.01.2021, 21:11
Türkiyənin səhiyyə naziri canlı yayımda peyvənd edildi - FOTO

Türkiyənin səhiyyə naziri Fahrettin Kocaya canlı yayımda koronavirus vaksini vurulub.

"Report" NTV-yə istinadən xəbər verir ki, bu addım Türkiyənin Dərman və Tibbi Ləvazimat Təşkilatının Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksininin tətbiqinə icazə verməsindən sonra atılıb.

Qeyd edək ki, sabahdan etibarən bütün ölkə ərazisində tibb işçilərinin vaksinasiyasına başlanılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol