Menu

NATO-nun baş katibi Gürcüstan prezidenti ilə görüşəcək

15.01.2021, 15:02
NATO-nun baş katibi Gürcüstan prezidenti ilə görüşəcək

NATO-nun Baş katibi Yens Stoltenberq yanvarın 22-də Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşəcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qurumun rəsmi saytında bildirilib.

Məlumata əsasən, görüş NATO-nun Brüsseldəki mənzil-qərargahında baş tutacaq. S.Zurabişvili NATO-Gürcüstan komissiyasının toplantısında da iştirak edəcək.

Görüşdən sonra baş katib və Gürcüstanın dövlət başçısı birgə mətbuat konfransı keçirəcəklər.

Şərhlər

t.ədalət 2021-01-15 15:15:42

Tiflisin qorunması ətraf respublikaların rus işğalından qorunması deməkdir.Gün o gün olsun ki,Azərbaycan da qətliamçı Rusiyadan kənarlaşa bilsin.Abutalıb Səmədovlar gedib Rusiyada yaşasın,millətimiz Rusiyanın təqiblərindən uzaqlaşsın!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol