Menu

Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmuş şəxslərə pasport veriləcək

18.01.2021, 10:06
Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmuş şəxslərə pasport veriləcək

Azərbaycanda yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya aparılan şəxslərlə əlaqədar pasportlaşdırma aparılacaq.

APA-nın məlumatına görə, bu Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda əksini tapıb.

Pasportlaşdırma yekun tövsiyələrə əsasən peyvənd olunmuş şəxslərin cari qeydiyyatı və müşahidəsi üçün müəyyən pasportlaşdırma ehtiyaclarının qarşılanmasıdır.

Sənədə əsasən, pasportlaşdırma vaksinasiyanın tətbiq edilməsi üçün tələb olunan 4 mütləq texniki şərtdən biridir.

Şərhlər

Vətəndaş 2021-01-18 10:27:57

Bu da rüşvətin bir sxemidir. İndi də könüllü adlanan bir əməlyatı qəbul etməyən məcbur olub pulla RÜŞVƏTLƏ ALACAQ. Yəqin bu posportu da ovir verəcək. alacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol