Menu

Lavrov 62 terrorçu-diversantın Ermənistana verilməsini istəyir - "Onlar əsir düşüb..."

18.01.2021, 13:56
Lavrov 62 terrorçu-diversantın Ermənistana verilməsini istəyir - "Onlar əsir düşüb..."

Hərbi əsirlərin mübadiləsi 11 yanvar tarixində Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşündə də müzakirə olunub.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

“Həqiqətən də, Ermənistan tərəfində problemlər olub. Gərək hər iki tərəf əsirlərin siyahısını verərdi. Azərbaycan tərəfi həmin siyahını verib. Ermənistan tərəfindən isə bu siyahı tam verilməyib. 9 noyabra kimi əsir düşənlər təhvil verilib. Lakin həmin ərazidə 62 nəfər əsir düşüb. Azərbaycan tərəfi bildirir ki, həmin 62 nəfər hərbi əməliyyatların dayandırılmasından sonra bilərəkdən ora göndərilib. Ona görə də, bu məsələyə 9 noyabr bəyanatı çərçivəsində deyil, ayrılıqda baxmaq lazımdır. Rusiya olaraq əsirlərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsinin tərəfdarıyıq. Bu mövzu mövcuddur. Əgər bizim sülhməramlılarımız olmasaydı, bunu həll etmək çətin olardı”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Şərhlər

t.ədalət 2021-01-18 23:30:45

Lavrov,həqiqətən təhlükəli bir oyun oynayır.....

Rt 2021-01-18 17:38:33

Lava ermenilerin distu ve qardashidir!!! bunu bizimkiler qulaqlarindan sirqa edib assinar!!!

Xalq 2021-01-18 17:03:59

62 erməni hərbi əsirin qaytarılmasına bir şərt qoyun ki, türk və azərbaycanlı əsgərlər bütün postlarda ruslarla birgə dayanmalıdırlar!

Vətəndaş 2021-01-18 14:24:00

Düşmən öldürmək lazımdır. Erməni kimi düşmənə heç aman vermək olmaz. Əsir götürəndə məcbur olubqaytarılacaq. Putin tələb edəcək

Mehdi 2021-01-18 14:10:03

Sən öl əsirdilər,erməni köpəkoqlu.Onlar əsil terrorcudular.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol