"DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ TARİXDƏ QALIB" - Prezident

"Biz bu müəssisələri yaratmaqla həm bu günün məsələlərini həll edirik, həm də gələcək məsələləri. Nə üçün Azərbaycanda bizə lazım olan bütün istehsalat sahələri yaradılmasın? Sadəcə olaraq, həm xarici, həm də yerli investorların ölkəmizin gələcəyinə inamı olmalıdır, bu da həmişə olub, bu gün də var. Gözəl investisiya iqlimi olmalıdır".

"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməlqoyma və “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılış mərasimlərindən sonra Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.

"Dünya Bankının “Doing Business” hesabatında biz 10 ən islahatçı ölkə sırasındayıq və dünya miqyasında 28-ci yerdəyik. Sabitlik olmalıdır, xalq-iqtidar birliyi olmalıdır, əmin-amanlıq olmalıdır, təhlükəsizlik olmalıdır və buna da biz nail olmuşuq. Artıq müharibə də başa çatıb, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qalıb. Ona görə mən tam əminəm ki, bugünkü Azərbaycana investisiyalar, ilk növbədə, qeyri-neft sektoruna daha böyük həcmdə gələcəkdir. Çünki əgər əvvəlki illərdə - müharibə hələ həll olunmamış bir vəziyyətdə biz bu investisiyaları cəlb edə bilmişiksə, bu gün bunları cəlb etmək daha asan olacaq", - Prezident bildirib.

635x100

Şərhlər

C.Dərəlinin şərhinə 2021-01-18 21:20:49

Niyə də biz öz investisiyamıza üstünlük verməyək? Təbii ki, hər investor nəinki, iri RF, eləcə işğalçı erməni qalığını belə arzu etməz?

Cəmşid Dərələyəzli 2021-01-18 17:38:44

Tanrı hər alanda yardımçınız olsun. Xalqın güvəni Sizə tam. Cənab Prezident Qarabağda 44 günlük qələbədən sonra Xankəndində Rusiya Sülhməramlılarının (hərçənd ki, statusları razılaşdırılmayıb belə) davranışlarından dolayı orada gedən proseslərlə bağlı bildirdiyiniz fikirlər və bunula bağlı göstərmiş olduğunuz səbr başa düşüləndir. Lakin artıq Rusiyanın davranışları və bəzi Rus yetgililərin bu qonudakı bəyanatları əndişə doğurmaya bilmir. Belə ki, bu günə kimi Rusiyanın Xankəndindən Ermənistan silahlı qüvvələrini çıxarmaması, Ermənistan yetgililərinin Xankəndinə gəlişlərini durdurmaması, mənşəyi bəlli orlmayan ermənilərin oraya daşınması və bu günə onların sayının 50 minə çatdırması (mətbuatdan) Azərbaycan ictimayətində narahatlığı artırmışdır. Nəhayyətdə Rusiyanın bu amacı deşifrə olunmalı və Rusiyaya dərhal dur deyilməlidir. Bu belə devam edilə bilməz. Onsuz da Rusiyanın niyəti ortada. Məqsəd ara isinənə kimi orada ermənilərin bəlli sayını bəlkə də yüz minə çatdırıb, sonradan öz niyətini onların dili ilə diqtə etməkdən ibarətdir. Derhal məsələ gündəmə gətirilməli, Azərbaycanın iştirakı ilə oraya gətirilənlərin və orada yaşayanların sənəd təftişi aparılmalı, 1988-ci ildən sonra Xankəndinə (daimi vətəndaşların artımından doğulanlar istisna) aid olmayan ermənilər oradan çıxarılmalıdır. Düşünürük ki, Azərbaycanın təşəbbüsü ilə Türküyə öz diplomatik əlaqələrini gücləndirib bu məsələni Putinin masasına yatırmalı və həm də Sülhməramlının statusunu razılaşdırmalıdırlar ki, Rusiya yalnız ona aid işlərlə məşqul olsun. Cənab Prezident bir daha əmin olmanızı istəruk ki, xalqımız bu məsələdə Sizi ilk gündən necə dəstəkləmişdirsə, indi də bu yöndə atdığınız hər bir addımda yanınızdadır, arxanızdadır. Çünki, xalqın güvəni Sizə tam.

Son yazılar