Menu

“Avtoqəza hadisəsindən siyasi məqsədlər üçün istifadə etmək yolverilməzdir” – Qüdrət Həsənquliyev

18.01.2025, 19:04
“Avtoqəza hadisəsindən siyasi məqsədlər üçün istifadə etmək yolverilməzdir” – Qüdrət Həsənquliyev

“Dünyasını dəyişən uşaqlara Allahdan rəhmət, yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirəm. Yaralananların Allah şəfasını versin. Ağır və üzücü hadisədir. Çox təəssüf ki, hər il ölkəmizdə yüzlərlə insan avtoqəzalar nəticəsində dünyasını dəyişir, şikəst olur. Avtoqəza törətmiş bəzi şəxslər hətta öz ailə üzvlərinin ölümünə səbəb olur. Başlanmış cinayət işi günahkarları müəyyən edəcək və həmin şəxs, yaxud şəxslər qanunla müəyyən olunmuş qaydada cəzalandırılacaq”.

Bunları Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bu gün İmişlidə məktəblilərin ölümü ilə nəticələnmiş yol qəzası haqda danışarkən deyib. Qəzanı polis əməkdaşı törədib, nəticədə, rəsmi məlumata görə, 2 azyaşlı dünyasını dəyişib. Həmin azyaşlılar qəza törədən polis zabitinin qardaşının uşaqlarıdır. Qəzadan sonra insanlar emosional şəkildə reaksiyalar göstəriblər.

“İnsanların hadisəyə emosional reaksiyası qəzanın ağır nəticələri səbəbindən başa düşüləndir. Cəmiyyətimizdə hələ də müharibə həyəcanı qalmaqdadır. Ukraynadakı müharibə səbəbindən Rusiyada işləyən soydaşlarımızın ailə üzvlərinə göndərdiyi maliyyə vəsaitinin həcmi kəskin şəkildə azalıb, qonşu ölkələrlə quru sərhədlərin qapadılması səbəbindən bir çox vərtəndaşımızın həmin ölkələrdən ucuz bazarlıq etmək, sərhədyanı ticarətlə məşğul olmaq imkanları aradan qaldırılıb. İnflyasiyanın artım tempi insanların gəlirlərinin artım tempini üstələyir ki, bu da əlavə sosial gərginlik yaradır”, - Q.Həsənquliyev fikrinin davamında bildirib.

Deputat xatırladıb ki, məhz bu səbəblərdən mütəmadi olaraq hökuməti sərhədləri açmağa, iqtisadi islahatları genişləndirməyə çağırır. “Hadisə ehtiyatsızlıqdan törədilib. Bu kimi hadisələr dünyanın ən inkişaf etmiş və insan həyatına yüksək qiymət verilən mədəni ölkələrində də baş verir. Bəzi Qərb ölkələrində polis zorakılığından ölənlərin sayı minlərlədir. Şükür Allaha ki, bizdə belə hadisələr baş vermir. Avtoqəza hadisəsindən siyasi məqsədlər üçün istifadə etmək yolverilməzdir. Biz onsuz da son vaxtlar polisə, təhlükəsizlik orqanlarına qarşı xaricdən sistemli şəkildə təşkil olunan və aparılan qara piar kampaniyasını müşahidə etməkdəyik. Hesab edirəm, emosional vəziyyətdə etiraz aksiyasına qoşulmuş və polis avtomobilinə ziyan vuran şəxslərə münasibətdə də sərt qərarlar qəbul olunmamalıdır. Ölkəmizin inkişafı və təhlükəsizliyimiz üçün ölkəmizdə sabitlik qorunmalı, eyni zamanda islahatlar həyata keçirilməlidir”.

“AzPolitika.info”

Şərhlər

Nadir 2025-01-20 12:25:53

Bu "deputatın" işi gücü yoxdur?Hər məsələyə (anlasa da anlamasa da ) fikir bildirir.Belə adamları kimlər tapıb ortaya çıxarıb?

Bəhram-a 2025-01-20 12:22:12

Hərəkət sürəti yerə,yol şəraitinə və məkana görə müəyyən edilir vəbunu pozmağa heçkimin ixtiraışicazəsi ola bilməz (yalnız təcili yardım.əməliyyat avtomobillərinin hadisə yerinə və xəstə yanına getdiyi hallar istisna olmaqla ) . Bunu bilmirdiniz ?

Bəhrama 2025-01-19 18:00:06

Lüzum olmadıqda və boş yolda belə sürət hansı ehtiyacdan doğur?Belə sürət yalnız əməliyyat ehtiyacından ola bilər ki. bu a qaağan eilmir.ai vaxtda və adi şəraitdə sürət artımı yersizir və qəzalara səbəb ola bilər.Ona görə fikriniz yanlışır!

Həsənquliyev-ə 2025-01-19 00:44:07

İmişli kimi rayonda bu polis avtomobili hansı sürətlə idarə edib ki.hətta hadisə baş verəndən sonra avtomobil yol qət edib.səkiyə çıxıb və məktəblilərə çırpılıb?Niyə bu anı unudub.bu ağır hadisəni sadələşirməyə,bəzəməyə çalışırsınız.Polisdə illərlə baş verənləri görməzdən gəlirsiniz.Nə zaman reallığın və həqiqətin tərəfində olacaqsınız?

Vahid 2025-01-19 00:39:18

Qanunu polis pozanda cezalanmır,vetendaş pozanda polis nefsini qarışdırıb vetendaşı cezalandırır.Her kes,başda da hüquq mühafize orqanları qanuna tabe olmalıdırlar.Yoxsa

Vətəndaş 2025-01-19 00:29:14

Azərbaycanda polisə sonradan verilən qanunsuz səlahiyyətlər ləğv olunmalıdır.Çünki bu səlahiyyətlərdən məqsədli istifadə olunur.asayiş bərpa olynmaq əvəzinə xalqa narahatçılıqlar,yersiz təqib.əziyyətlər verilir.Bunlara son qoyulmalıdır.

Köhne 2025-01-18 23:20:20

KIM SIYASETE QARIŠMASA GEC TEZ SIYASET ONA QARIŠACAQ.........

BAKILI 2025-01-18 19:47:33

Buna deputat deyende agzinizi yaxalayin

Bəhram 2025-01-18 19:32:42

Yol qəzalarına qarşı Texniki təhlükəsizlik məhdudiyyəti təklifi: a)Yol Polisi; b)təcili-tibbi yardım avtobilləri; c)qarşı qəzadan yayınma anları istisna olmaqla maksimal sürət həddi 130, ya 140 km/saat müəyyən edilsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol