Menu

QARABAĞDA TUTULAN RUSİYA VƏTƏNDAŞI HƏBS OLUNDU - Ermənilər tərəfdən döyüşürdü

18.01.2021, 18:31
QARABAĞDA TUTULAN RUSİYA VƏTƏNDAŞI HƏBS OLUNDU - Ermənilər tərəfdən döyüşürdü

Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş daha bir şəxs barəsində cinayət işi başlanıb.

APA-nın məlumatına görə, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə E. Dubakov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat baxılıb.

Məhkəmə istintaq orqanın təqdimatını təmin edərək, E. Dubakov barəsində həbs qətimkan tədbiri seçib.

Şərhlər

Humay 2021-01-19 15:17:06

Ele tuşa guvenib edirdilet de her seyi

ejder 2021-01-19 09:29:02

pokazuxadi,rusun qorxusundan ac burax eleyejekler

Xalq 2021-01-18 19:15:35

rus elə erməninin özüdür, bunlarda ədalət nə gəzir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol