Prezidentin keçmiş köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq rəhbəri Əli Həsənov "Facebook" səhifəsində izləyicilərinin sərt sualları, tənqidləri ilə üzləşir.
Sosial şəbəkə istifadəçiləri KİVDF ətrafında baş verən olaylardan dolayı onu ədalətsizlikdə, korrupsiyada, dövlətin media siyasətini batırmaqda qınayırlar. Bu ittihamların əksəriyyətini cavabsız qoyan sabiq şöbə müdiri, tənqidlərin birinə reaksiya verib.
İzləyicilərdən Xanlar Xoca onu günahlarını yumaq üçün tövbə etməyə dəvət edib: "Əli müəllim, Allah sizə qapı açmışdı, Prezidentin etimadını qazanmışdınız,amma siz o imkandan ədalətli istifadə etmədiniz, layiq olmayanlara hər cür şərait yaradıb, hətta ofis, maliyyə imkanları verdiniz, layiq olanlar isə kənarda qaldı. Bu gün dövlətin yaratdığı imkanlardan kənarda qoyduğunuz insanlar susur, şərait yaratdığınız və sizin sayənizdə tanınıb var-dövlət sahibi olanlar sizdən imtina edir, daha yaxşı görünmək üçün öz aralarında az qala "kim daha yaxşı yıxıb-sürüyər" prinsipi ilə yarışırlar. Əlindən tutduqlarınız üzünüzə durmağa hazırdırlar. Əminəm ki, çox sarsıntı keçirirsiniz, kimlərə şərait yaratdığınızı gördükcə peşmançılıq hissi keçirirsiniz. Mən də, başqaları da möhtərəm Prezidentimizə mediadakı vəziyyətlə bağlı müraciətlərimiz gedib çatmayanda, bütün yazdıqlarımız sizin şöbədə itib-batanda eyni sarsıntını keçirmişik. Nəinki evlər, maliyyə vəsaitləri ədalətsiz şəkildə bölündü, hətta tədbirlərə belə sizin adamlar dəvət olunurdu. Bu gün həmin adamlar sizə qarşıdır, ilk daş atan da məhz onlardır, həm də axtarıb ən yekə daşları tapıb atmağa çalışırlar ki, daha yaxşı rezonans doğursun. Siz ömrünüzü vəzifədə keçirdiniz, biz də məhrumiyyətlər içərisində. Gün gəldi siz vəzifəni itirdiniz, biz də olduğumuz yerdəyik. Sonda bərabər olduq. Budur ilahi ədalət! Sizin ümid edirəm ki, səhvlərinizdən nəticə çıxarmaq və tövbə etmək üçün kifayət qədər zamanınız olacaq. Biz haqqımızı halal etməsək də, Allah Rəhman və Rəhimdir".
Əli Həsənov isə cavabında yazıb: "Ümummilli Liderimizin gözəl bir fikri var idi. Söyləyirdi ki, “zaman hər şeyi öz yerinə qoyur”. Doğrudan da, həyatımızda hər şeyin qiymətini zaman verir. Kim nə etməliydi, yaxud etməməliydi... Mən məmur idim, insanlara şəraiti də mənə olan münasibətlərinə görə deyil, dövlətə, hakimiyyətə münasibətə, insanlara göstərdikləri xidmətə və həmin xidmətin ictimai dəyərləndirilməsinə görə qiymət verirdim. Mən də insan idim və qətiyyən o fikrdə deyiləm ki, hər şeyi ideal etmişəm. Yalnız deyə bilərəm ki, bunun üçün maksimum çalışmışam!".
"AzPolitika.info"


Şərhlər
Sən və sənin kimilər ancaq özünün,qohum əqrabasının,bir də kənddə qoyun,at, eşşək otardığı adamlara kömək edə bilər.Qalan şeylər gözdən pərdə asmaq üçündür.Ali Baş komandan hamınızın canınızı alacaq. xeyri
V.Səfərli külli miqdara rüşvət alaraq A.Əsədov adlı bir çobana ev verdi.
Ağıllı,hiyləgər,yırtıcı!
ŞAHİNƏ:Hörmətli Şahgin müəllim!Yaxası medallı adamın əməli nöqsanlı olar,deyiblər.İndi durub R.Arifoğludan hansısa müsbət əməli gözləmək əbləhlikdir.Ancaq R.Arifoğlu tək deyil.Döşünə dəmir-dümür asdırmaq üçün sinoy gedənlər,Vətənin müdafiəsi gələndə kəsək altında gizlənənlər çoxdur.
əli həsənov sənin uzun illər vəzifədə olduğun müddətdə vəzifə səlahiyyətlərindən istifadə edərək Prezidentin nüfuzuna xələl gətirəcək bütün fəaliyyətini 44 gün ərzində Prezident alt-üst etdi və xalq onunla tam bütov oldu, zatən qələbəmizin qazanılmasında da bu iş xüsusi rol oynadı. sənsə bunun əksini edirdin , Prezidentin ətrafını sarımışdınız, o da kimin kim olduğunu bildi dar gündə Böyük Xalqına arxalandı......
Sən çox acgöz və hiyləgər.evyıxan insan idn.
Elə Əli Həsənov təyin olunduğu ilk gündən yanlş olduğu bəlli idi.Sadəcə niyə onu bu qədər illər orada saxladılar şübhə doğurur. Ümumiyyətlə yanlış kadr siyasəti Azərbaycanı bu kökə saldı.Sabki Azərbaycanda ... başqa təhsilli insanlar yox imiş.Bu yanlışlıq belə işə yaramazların at oynatmasında,milyonlar talamasına imkan açıb..
Sizin insanlıq hissiniz 30 ildlr millete dövlete etdiyiniz xidmetlerden görünür. Şehid qazilerin evlerini yaşayışlarını görende siz nece rahatlıqla danişirsiz ????
Əli həsənov hərşeyi millətin ziyanına özünün xeyrinə çox idal edibsən!
İnsanlıq hissi olanlar ölkənin var-dövlətini sizin kimi talan etməz.
maksimum caliwmisan ki,milyardlara sahib olasan,naqil daniwma
Əli müəllim hər kəsə əyandır ki, dövlətdən çox özünüzə , yaxın qohumlarınıza və ətrafınıza işləmisiniz. Sizin dövlətçilik üçün ən böyük xidmətiniz isə son üç ildə özününzün “xidmətlərindən” dolayı ölkəni söyüş poliqonuna çevirib Dövlət Başçısını xaricdən söydürməniz olub. Siz Azərbaycan dövlətinin mənəvi stununu zədələdiniz. Hələ maddi tərəfdən vurduğunuz ziyanı demirəm. Yəqin ki, onu da içəri salınan Vüqar kimiləri deyəcəkdir. İndi durub Ulu Öndərdən statlar gətirirsiniz. Hansı ki, hələ o zaman sizin “keyfiyyətiniz” ona yaxşı bəlli idi. Amma nə yazıq ki, o zaman sizi ona işə götürdənələr də sizin bu dövlətə vurduğunuz ziyana görə Sizin qədər günahkardılar. Heç olmasa susun bə ya.
.... gedir . Sən heç vaxt dövlət maraqlarını düşünməmisən .
Mən məmur idim, insanlara şəraiti də mənə olan münasibətlərinə görə deyil, dövlətə, hakimiyyətə münasibətə, insanlara göstərdikləri xidmətə və həmin xidmətin ictimai dəyərləndirilməsinə görə qiymət verirdim. Esil fikir budur, bu hakimiyyetin mahiyyetini acib tokur ortaya, bir sehv varki, Arifoglu ve Hesretin sesleri cixmir. Heresi ne qeder medali ve paketleri Seferli ve Hesenovun elinden alib. Gorun yeni musavat qazetinin sesi cixirmi? Heta musavat partiyasinin rehberi olmagin onun haqqi oldugunu ida etsede. Arifoglu senin yerin ele oldugun yerdi, senin kimi hele cox yalanci siyasetbazlar ... Allah onlara lenet etsin.
Sən və sənin kimilər insan deyil...
Milletini sevmeyen adamin , yeri cehennemdi !!!! Inshalla ora dûshersiz ! Amin !!!
Bu adamin yeri zindandi !!!! Bu nece ilde milletin qanini icib !!!!
Cənab Əli Həsənov nala-mıxa vurur, sənin artıq dəyəri milyonlarla ölçülən obyektlərin vardır ki, bunu da tutduğun vəzifə dövründə əldə etmisən. Deyirsən ki, "Mən də insan idim və qətiyyən o fikrdə deyiləm ki, hər şeyi ideal etmişəm. Yalnız deyə bilərəm ki, bunun üçün maksimum çalışmışam!". Mən də insan idim deyirsiniz və mən təəccüb edirəm Dövlətin İdarəetmə aparatının idarə rəisi, indi necə bəyəm insan deyilsən. İnsan olmanızı keçmiş zamanda deyirsiniz, bəs onda indi nəsiniz-kimsiniz, deyin bilək...