Menu

Şəhidlər Xiyabanındakı şəkil “Guardian”ın günün fotoları sırasındadır

21.01.2021, 11:54
Şəhidlər Xiyabanındakı şəkil “Guardian”ın günün fotoları sırasındadır

Ötən gün Bakıdakı Şəhidlər Xiyabanında çəkilən şəkil Böyük Britaniyanın “Guardian” nəşrinin günün fotoları sırasında yer alıb.

“Report” xəbər verir ki, yanarın 20-də çəkilmiş fotonun müəllifi Türkiyənin “Anadolu” agentliyinin əməkdaşı Rəsul Rəhimovdur.

“İnsanlar Sovet İttifaqının dağılması zamanı 1990-cı ildə Qara Yanvar adlandırılan gündə sovet qoşunu tərəfindən öldürülənlərin xatirəsini anmaq üçün Şəhidlər Xiyabanını ziyarət edirlər”, - fotonun təsvirində qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol