"Yerli ərzaq məhsulları 5.2 faiz bahalaşıb" - Səbəb istehsal xərclərinin artmasıdır...

Dövlət Statistika Komitəsi hər ay 140-a yaxın ərzaq məhslunun ölkə üzrə orta pərakəndə satış qiyməti barədə məlumatlar dərc edir. Siyahıda eyni məshul çeşidinin 2 qrup üzrə qiymətləri də ayrıca qeyd edilir: yerli və idxal məhsulu.

Məlumat bazasında yerli və idxal məhsulun pərakəndə qiymətləri ayrıca göstərilir.

Məlumatları təhlil edən iqtisadçı ekspert Rövşən Ağayev bildirir ki, ötən ilin noyabr ayı ilə müqayisədə 2020-ci ilin noyabrın sonunda idxal məhsulları səbətində 2 fazilik bahalanma görsənir.

"Amma məsələnin maraqlı tərəfi odur ki, statistikada eyni dövrdə idxal olunan hazır qida məhsullarının qiymət indeksinin 17%, idxal olunan bitki mənşəli məhsulların qiymət indeksinin 10%-ə yaxın artdığı görünür. İdxal qiymətini şərti olaraq topdansatış qiyməti də saya bilərik. Bu baxımdan pərakəndə və topdan idxal qiymətləri arasında kifayət qədər böyük fərq diqqəti çəkir" - deyə Ağayev qeyd edib.

Başqa maraqlı məqamda diqqət çəkən ekspert yerli ərzaq məhsulları səbətinin pərakəndə satış qiymətlərinin daha çox - 5.2 faiz artdığını deyir: "Statistikada görünən odur ki, bu artımın əsas səbəbi istehsalın bahalaşmasıdır. Belə ki, rəsmi məlumata görə, 2020-ci ildə bitkiçilik məhsullarının istehsalçı qiymət indeksi 5.1%, heyvandarlıq məhsullarının qiymət indeksi isə 4.5% artıb. 

Təəssüf ki, Statsitika Komitəsi məhsul növləri üzrə topdansatış qiymətlərə dair mütləq məbləğlərdə rəqəmləri dərc etmir. Məsələn, Rusiya statistikasında görmək olur ki, ötən il hər ton taxılın, 1 yumurtanın, 1 ton soğanın istehsalçı qiyməti necə olub, bu il həmin rəqəmlər necə dəyişib. Belə statistika konkret məhsul növləri üzrə topdan və pərakəndə qiymətlərin dinamikasının müqayisəli izləmək üçün çox önəmlidir".

"AzPolitika.info"

635x100

Şərhlər

QALİBə 2021-01-21 23:23:30

Sualımız birbaşa icraçıya ünvanlanmadığı milyonlara əziyyət verən adi problemlərimiz də illərlə həll olmur? Daha yuxarı şikayətə cəhd edirik? Çörək bərəkətli olur? Əmma, buğda bir manatsa 700 qr çörək necə ondan ucuz olur? Əlbəttə, bu heç bir Statistika idarəsinə aid iş deyil? Onu çörək istehsalçısından, AQTAdan sormaq olar?

Vətəndaş 2021-01-21 21:29:13

Səbəb əsaslı görünmür.Çünki tarif şurası kimi miləti aldatmaqla məşğulsunuz. Heç bir əsas olmadığı halfa.əhalinin ağır dolanış şəraitində olduğu halda yanacağın qiymətini artırmaq və bundan həvəslənənlərin artıma getəsi heç bir insanlığa sığmayan zərrli qərar idi.çftami

Qalib 2021-01-21 17:47:04

Statistika Komitəsinin hansısa bir əməkdaşı deyə bilərmi ki, ölkəmizdə çörəyin 1 kq-nın qiyməti neçəyədir? Bəs neçəyə satılır?

Son yazılar