Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın Ka-32 helikopterinin Moskva aerodromunda məhv edildiyini təsdiqləyib.
“AzPolitika” xəbər verir ki, Ukrayna Baş Kəşfiyyat İdarəsinin mətbuat xidmətinin məlumatına görə, aprelin 26-na keçən gecə Rusiya Müdafiə Nazirliyinin Ostafyevo aerodromunda işğalçıya məxsus çoxməqsədli “Ka-32” helikopteri məhv edilib.
Aerodrom Rusiya Müdafiə Nazirliyinə məxsusdur və “Qazprom” ASC-nin tərkibinə daxil olan “Qazpromavia” müəssisəsi ilə birgə idarə olunur. Ukrayna kəşfiyyatı həmin əməliyyatla bağlı videogörüntüləri paylaşıb:


Şərhlər