"AŞPA sessiyasına ilk dəfə ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi gedirik" - Səməd Seyidov

“İlk dəfə olaraq ATƏT sessiyasına ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi gedirik və bu da tarixi hadisədir”.

Bunu “Report”a Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

“Avropa Şurasına üzv olduğumuz gündən 20 il keçir. Beləliklə, bizim üçün yubiley sessiyası olacaq. Bu yubiley sessiyamıza ölkəmizin ərazi bütövlüyünü bərpa edərkən getməyimiz də çox sevindiricidir. Odur ki, pandemiyaya baxmayaraq, biz xüsusi ovqatda, başıdik və üzüağ gedirik oraya”, - deyən millət vəkili sessiyada Qarabağ bölgəsində dinc yaşayışın qurulmasına dair müzakirələrə hazır olduqlarını da dilə gətirib.

“Bu məsələyə dair hansısa humanitar səpgili suallar olarsa, biz, əlbəttə, bunu müzakirə etməyə hazırıq. Artıq münaqişə aradan qaldırıldığı üçün bizim AŞ-dakı iştirakımızın konsepsiyası köklü şəkildə dəyişir. Belə ki, vaxtilə biz bu təşkilata münaqişəni həll etmək üçün daxil olmuşuq, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini əks etdirən bəzi sənədlərin qəbuluna da nail olduq. Azərbaycanın yaratdığı konkret gerçəkliklər var, göz qabağındadır. Bunu kimsə görmürsə, öz problemidir”, - deyə nümayəndə heyətinin rəhbəri vurğulayıb.

Xatırladaq ki, AŞPA-nın qış sessiyası 25-28 yanvar tarixlərində qarışıq formatda, yəni həm məsafəli, həm əyani formatda keçiriləcək.

635x100

Şərhlər

M.Əsgərova 2021-01-21 22:03:45

Hansı revanşdan danışırsınız? DQı beç il sülhməramlılar 27 il işğalda qalmış hərbi genosid qurbanlığı azərbaycanlılardan müdafiə edəcəklər? Paris Sülh Konferansı və SSRİ bu iki respublikalara nə qədər ərazilər təsdiqləyib? İşğaldan azad ola bilməyən Azərbaycan öz Konstitusiyasına həmin kartaları(xəritələri) verməyib və ya niyə təsdiqləmir?

S.Seyidova 2021-01-21 21:30:31

30 ildir gedib nəyə nail oldun ki,yenə gedirsən?Ölkədə milli ruhlu insan tapılmır?ir

M.Əsgərov 2021-01-21 18:01:40

bu sesiyada hüquqi, faktiki və ədalətli olaraq haqlı olduğumuzdan daha üstün mövqedən fikir sərgiləmək, aktiv olmaq və revanş götürmək lazımdır. Nümayəndə heyətinə tövsiyələrimizdi

t.ədalət 2021-01-21 17:46:26

Laçın bağlı,Kəlbəcərə və Sərsəngə gedən yol bağlı,Xankəndi Rusiyanın işğalında--bunlar ərazi bütövlüyü nəyə deyirlər?

Son yazılar