Menu

Pərdə, plyonka və jalüzlərlə bağlı yenilik

22.01.2021, 11:01
Pərdə, plyonka və jalüzlərlə bağlı yenilik

Sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi təklif edilir.

“Report” xəbər verir ki, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi hazırlanıb.

Dəyişikliyə əsasən sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Layihi yaxın müddətdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Şərhlər

t.ədalət 2021-01-22 16:51:47

Pərdələrə qarşı böyük təqib var idi.Az qala cəngəllik qanunu ilə işləyirdilər.Elə sms icazə üsulu kimi.Dünyanın heç yerində olmayan sms üsulu da pərdə qadağası kimi ləğv edilməlidir.Gələcək nəsillər bizi söyməsin deyə insani rəftarların sayını artırmalıyıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol