Menu

İranın xarici işlər nazirinin Bakı gündəliyi - Zərif Azərbaycan rəhbərliyindən nə istəyəcək?

22.01.2021, 18:12
İranın xarici işlər nazirinin Bakı gündəliyi - Zərif Azərbaycan rəhbərliyindən nə istəyəcək?

Yanvarın 24-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif regional turnesi çərçivəsində Bakıya səfər edəcək. İRNA agentliyinin məlumatına görə, Zərifi Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmi şəxslər qəbul edəcək.

Görüşlərdə ikitərəfli münasibətlərin və əməkdaşlığın müxtəlif aspektləri, habelə regional məsələlər müzakirə olunacaq. Xüsusən, Dağlıq Qarabağda ərazilərin azad edilməsindən sonra regionda yaranmış əməkdaşlıq imkanları, o cümlədən İran şirkətlərinin Dağlıq Qarabağın bərpasında iştirakı müzakirə ediləcək, deyə məlumatda bildirilir.

Qeyd edək ki, Zərif Moskva, Tilfis və Yerevana da səfər edəcək, səfərləri zamanı İranın reigonal proseslərdə iştirakı məsələsini müzakirə edəcək.

Bundan başqa, İran Naxçıvana Ermənistandan keçən dəmir və avtomobil yollarının tikintisi planlarından narahatdır. Bu, İranın rolunu azaldır, çünki indiyədək Azərbaycanın Naxçıvanla yerüstü və hava əlaqəsi İran ərazisindən həyata keçirilirdi. Tehran həmçinin israrla və bütün səviyyələrdə azad edilmiş ərazilərdə infrastrukturun bərpasında öz iştirakını təklif edir.

İranın xarici işlər nazirinin səfərini "AzPolitika.info"-ya şərh edən politoloq Elxan Şahinoğlu xatırladıb ki, müharibə dövründə İran Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edib. 

"Rəsmi şəxslər Dağlıq Qarabağın Azərbaycana aid olduğunu vurğuladılar, hətta o dövrdə xarici işlər nazirinin müavini Abbas Araqçı Bakıya gəlmişdi. Doğrudur, o zaman bu görüşün bir nəticəsi olmadı. Amma İranın mövqeyi Azərbaycanda müsbət qarşılandı" - deyə ekspert bildirib.

E. Şahinoğlu müharibədən sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilk ziyarət etdiyi ölkənin İran olmasını da təsadüfi saymır: "Daha sonra Baş nazirin müavini Şahin Mustafayev Tehrana səfər etdi. Hazırda iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində müzakirələr gedir, ortaq layihələr var. İran şirkətləri işğaldan azad edilmiş bölgələrin yenidən qurulmasında iştirak etmək istəyirlər. Zərifin səfəri də bu konteksdə - Azərbaycanla əməkdaşlığın genişləndirilməsi məqsədi ilə həyata keçirilir".

Politoloq İran XİN rəhbərinin Bakı ilə yanaşı Moskvada, Tiflisdə, İrəvanda da olacağına diqqət çəkib: "Proseslər onu göstərir ki, Azərbaycan bölgədə İranın əsas tərəfdaşına çevrilə bilər. Ermənistanla bu ölkənin müəyyən əlaqələri olsa da İran bu iqtisadi əməkdaşlıqdan faydalana bilməyəcək. Azərbaycana gəldikdə isə geniş imkanlar var. Zərif yəqin Bakıda bu məsələləri müzakirə edəcək".

Elxan Şahinoğlu İranla Azərbaycan arasında siyasi müstəvidə hər hansı ixtilafların olmadğını bildirib. 

"Nəzərə alsaq ki, ABŞ-da Baydenin hakimiyyətə gəlməsi də İrana qarşı müharibə mövzusunun aktuallığını azaldıb. Bu da Azərbaycanın maraqlarına uyğundur ki, regionda gərginlik azalacaq. İkitərəfli əlaqələrdə müsbət dinamika var, Bakı və Tehran bu dinamikan yüksəltmək istəyirlər"-deyə ekspert vurğulayıb.

"AzPolitika.info"

Şərhlər

Eli 2021-01-22 19:47:41

Dehşetli işler var .İranın Ali fini lider azerbaycanlıdır sen fövletin siyasetine bax .Ele nik Şah Abbas zamanıdır .Tarixi menbeelere inansaq şahın anası fars olub.Onun 40 arvadından 27-si fars 9-u ermeni 3-ü türk biri çerkez olub .Veziri Allahverdi xan milliyyyetce ermeni olub onun vaxtınfa İranda en çox kilse tikilib mekteb açolıb ermeniler üçün.Onun cavanlığı Martiros be ya Mesrop adlı ermeninin işçilerinin hamusı ermeni olan bir fahişexanada keçib yeni

Eli 2021-01-22 19:28:16

Demek isteyirem ki,İranlı molla reyimi ermenilere ne kömek lazımdır edibler.Yeni onlara dost bize düşmen mövqe gösterlib.O ki qaldı Cenuba ora bizim vetenimizdir vetenimizin övladları da qanımız ureyimizdir canımızdır.Yeni ki : İt ve çomaq meselesini yaddan çıxarmataq.

Eli 2021-01-22 19:05:40

İndi siz aparılan siyasetin “inceliyi” ve “ iyrecliyine”.baxın.İranda 40 million azerbaycznlı yaşasa da bu dilde mekteb ve unstitutlar yoxdur ancaq ermeniler üçün araq konyak şerab zavodları ve tehsil ocaqları me qedre istesen.Sual olumur sen müselman ölkedisense bu ne syasetdir.Allah senin dövletinin Molla dövletini yox elesin.İaranda içilen alkoqol ve çekilen narkotija belke de azaz ölkelerde olurİndi İran bize ona göre mülayim mğnasibet gösterir ki qarşısında Turkiyyeni görür və hesabını aparır

Eli 2021-01-22 18:53:03

Azerbaycanın torpağının da ehalisinin de 70-80 de çoxu Cenubi Azrbaycandadır.İran hakimiyyeti özünu de müselman dövleti adlandıranlar bile bile işğal oluna torpaq azerbaycsnlılarındır 1 milyon qaçqın da onlardır xristian ve bize düşme. olan ermeni ile iş biriliyi quruq ve qardsşın ev eşiyini yurd yuvadını ermeni ile söküb satib biznes qururlar.

Eli 2021-01-22 18:43:08

Ne qeder ki İranda hakimiyyetde azerbaycanlılar yox qeyrileridir onlara etibar etmek olmaz.Men teqriben 10-15 il bundan qabaq Tebrizde bir meclisde iştirak edirdim bir nefer iranlı mene dedi ki , Eli müellim o gün biz Cebrayılds idik. .Sual etdi. ki ,vuruşmağa getmişdiniz.Dedi yox işğal altında olan evleri söküb getirib burda satmaq üçün müqavile bağlamağa.Şoka düşdüm daha heç ne demedim

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol