Menu

TƏBİB tibb işçilərinə vaksinin məcburi vurulması iddialarına cavab verdi

23.01.2021, 12:40
TƏBİB tibb işçilərinə vaksinin məcburi vurulması iddialarına cavab verdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bəzi tibb müəssisələrində çalışan səhiyyə işçilərinin məcburi vaksinasiya olunması ilə bağlı iddialara münasibət bildirib.

TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq vurğulanıb ki, peyvəndləmə heç bir halda məcburi ola bilməz.

“Ümumilikdə ölkədə aparılan vaksinasiya könüllü və dövlət hesabınadır”, - qurumdan qeyd olunub.

Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən etibarən Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksininin istifadəsinə başlanılıb. Vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd ilk növbədə yüksək risk qrupuna aid olan tibb işçilərinə vurulur.

Şərhlər

Doğru 2021-01-23 20:25:42

1 saylı şəhər xəstəxanasında bütün tibb işçilərinə məcburi qaydada peyvəndləmə aparılır.

Hekim 2021-01-23 15:09:12

Beli, konullu olmalidir, amma, tibb muessiselerine tapshirilir ki, hamiya vurun. Hetta, bele bir soz chixariblar ki, kim , hansi hekim ve s peyvendden imtina etse, mualice ishinden kenarlashdirilacaq. Her gun beynimizi xarab edibler uje. Sehiyye ishchilerinin 90 faizi choxdan tutulub, sagalanida sagalib . O peyvend indi toydan sonra nagaradir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol