“NECƏ OLDU Kİ, BU ADAM DİREKTOR OLDU?” – Təhsil naziri kimdən kimə şikayət edir?

“Biz sual verməliyik - necə oldu ki, bu adam direktor oldu? Səmimi deyirəm - bu, vacib sualdır. Biz səhvmi etdik o direktor oldu?! Yoxsa bu, sadəcə sistemdə baş verə bilən 100 haldan biridir ki, bu indi təsadüf oldu. Və ya o, 10-15 il direktor işləyib. Bütün necə oldu suallarının qiymətləndirilməsi və təkrar olaraq eyni səhvlərin buraxılmaması vacib məsələdir”.

Bu fikirlər ötən ilin iyul ayında Təhsil naziri vəzifəsinə təyin olunan, 2015-ci ildən isə həmin nazirlikdə yüksək vəzifələr tutan Emin Əmrullayevə məxsusdur. Nazir dünən keçirdiyi brifinqdə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədovanın bu yaxınlardakı qalmaqaldan sonra vəzifəsindən azad olunması barədə sualı cavablandırarkən bunları deyib.

Ümumiyyətlə, nazirin son açıqlamaları bəzi məqamlarına görə cəmiyyətdə birmənalı qarşılanmayıb. Direktorların təyinatında və fəaliyyətindəki qüsurlu, bəzənsə cinayət xarakterli məqamlar haqda danışarkən, nazirin “necə oldu ki, bu adam direktor oldu” sualını verərkən səmimi olduğuna şübhəmiz yoxdur. Və nəinki direktor, heç müəllim adının yaraşmadığı şəxslərin böyük-böyük məktəblərə rəhbərlik etməsi heç də sistemdə baş varən yüz haldan bir xəta deyil, bunu nazirin özü də gözəl bilir.

Bununla yanaşı, E.Əmrullayevin bu sualı kimə, yaxud kimlərə ünvanladığını müəyyən etmək bir qədər çətindir – bilmək olmur hörmətli nazirimiz kimdən kimə şikayət edir. Əgər özündən əvvəlki nazirləri nəzərdə tutursa, necə deyərlər, onların "bostanına daş atırsa", xatırladaq ki, onun sələfləri Ceyhun Bayramov və Mikayıl Cabbarov indi də hökumət üzvləridirlər və strateji postlar tuturlar. E.Əmrullayevin özü isə məhz onların komandasında təmsil olunan kadr kimi tanınıb. Həmin komanda 2013-cü ildən Təhsil Nazirliyinə rəhbərlik edir və bu, az müddət deyil, E.Əmrullayevin özü də ötən ildən nazirdir. Məntiqlə, bu sualı E.Əmrullayev yox, əksinə, cəmiyyət, mətbuat ona verməlidir ki “Necə olub ki, Nailə Məmmədova kimi adamlar direktor olub və onların pedaqoq adına yaraşmayan qeyri-qanuni, qeyri-peşəkar əməllərini bu illər ərzində nazirlik görməyib?” Həm də bu faktlar yalnız ayrı-ayrı təsadüfi videogörüntülər əsasında üzə çıxıb, onlar olmasaydı həmin adamlar yenə də vəzifələrində qalacaq, elə əvvəlki kimi də davam edəcəkdilər. Hələ onu demirik ki, N.Məmmədova ilə bağlı qalmaqalı nazirlik töhmətlə “yola verməyə” cəhd etdi, yalnız güclü ictimai etirazdan sonra onu vəzifəsindən azad etdilər. Üstəlik, belə direktorlar indinin özündə də kifayət qədərdir.

Deməli, cənab nazir verdiyi suala birinci növbədə elə özü cavab tapmalı, onu cəmiyyətə təqdim etməli və problemin həllinə çalışmalıdır, özü də buna “filankəslər necə icra başçısı, prokuror, “jek”müdiri oldusa, bunlar da o cür direktor oldu”, yəni “sistemin yaratdığı problemdir” deyib, üstündən keçmədən. Çünki nazir özünün rəhbərlik etdiyi sahədə söz sahibi olmağa qadir və borcludur…

"Azərbaycanın ali təhsil müəssisələrində təhsil haqqı təxminən 2 500 manatdır. Ali məktəblərdə ödənişli təhsilin qiyməti 500 manat olarsa, daha çox şəxs ali təhsil ala bilər, amma bizə “o ali təhsilli şəxslər uzun vədədə iqtisadiyyata və gündəlik rifaha hansı əlavə dəyəri qatacaqlar” sualı məncə daha vacib sualdır." Bunu da cənab nazir deyib və onun bu fikri cəmiyyətdə, sosial şəbəkələrdə daha çox müzakirə olunur. Nazir sonradan bu fikirlərinin düzgün anlaşılmadığını desə də, necə deyərlər, ox yaydan çıxıb. Nazirin bu fikrinin “tərcüməsi” odur ki, təhsil haqqı 500 manat olsa, daha çox insan (Oxu kasıblar da-red.) təhsil ala bilər, lakin onların yaratdığı dəyər elə də yüksək olmaz. Ancaq əslində, yüksək səviyyəli Qərb təhsili almış bir şəxsin kimin dəyər yaradıb-yaratmamasından asılı olmayaraq, ölkədə ali təhsillilərin mümkün qədər çox olmasını stimullaşdırmağın əleyhinə çıxması qəribə görünür.

Əvəzində, ölkədəki minimum və orta aylıq əməkhaqqıdan, əhalinin sosial durumundan məlumatlı olan nazirin məntiqindən, eləcə də acı reallıqdan belə görünür ki, yüksək bal toplayan kasıb balasının 5000-6000 manat təhsil haqqını ödəyə bilməməsi səbəbindən oxuya bilmədiyi fakültələrdə az bal toplayan varlı balası pulunu verib oxumalıdır və bu, normal haldır. Doğrusu, bunu yüksək intellektə malik olduğu şübhə doğurmayan nazirimiz yox, Hadı Rəcəbli, yaxud Siyavuş Novruzov desəydi, haradasa anlamaq olardı…

Nazir bu tip açıqlamaların cəmiyyətdə necə qarşılanacağını bilməlidir. Çünki Təhsil naziri vəzifəsi həm də bir növ siyasi postdur. Əgər bu postda oturan şəxs cəmiyyətin təhsillə bağlı ağrılı problemlərinə quru rəqəmlər, standart, soyuq mülahizələr əsasında biganə münasibət sərgiləyəcəksə, o zaman onunla özünün tənqid etdiyi məktəb direktorları arasında hansısa fərq olacaqmı? …

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

QAXLİ 2021-01-26 03:14:28

QAX RAYON 2 NÖMRƏLİ MƏKTƏBİN DİREKTORU ŞƏKƏR ABDULLAYEVA 47 İLDİR Kİ DİREKTOR İŞLƏYİR.SİZCƏ NECƏ OLA BİLƏR Kİ YARIM ƏSRƏ YAXIN DİREKTOR İŞLƏSİN.BU ADAM ƏMƏLLİ BAŞLƏ KARDIR.84 YAŞLI İNSANI NƏ VADAR EDİR Kİ BU VƏZİYYƏTDƏ İŞLƏSİN.HƏR GÜN IŞÇİLƏRİNİ TƏHQİR EDİR,ƏSƏBLƏRİ YERİNDƏ DEYİL.SEÇKİLƏRİ SAXTALAŞDIRMAQDA ÇOX MAHİRDİR ONA VERİLƏN BÜTÜN TİTULLAR ONA GÖRƏ VERİLİB.

Əvəz 2021-01-25 13:38:42

Necə nazirlər tətin olunur.onun kimi də məktəb direkytorları təyin olunur.Burada qaranlıq nı var ki?rHansı nazir yerindədir?Burada ixtisas,sahə üzrə staj, v iş qabiliyyəti nəzərdə tutulur.Quliyev,Babayev,Bayramov və sairləri yerindədirləri?stf

Yadigaf 2021-01-24 21:26:37

Ali təhsil ölkənin tələb etdiyi sayda və ixtisaslar üzrə təşkil edilməlidir.Yalnız bu zaman təhsilin səviyyəsi,məzunların keyfiyyəti,yararlığı təmin oluna bilər.Təhsil möhtəkirlərinin gənclərə guya keyfiyyətli təhsil verəcəklərini vəd dərək,əslində təhsili alverə və rüşvətəçevirdikləri hökumətin diqqətindən kənarda qalıb ki, bu da ölkə gənclərinin həyat tərzinə böyük zərbəvurur.Bu barədə düşünmək və ciddi qərarlar qəbuı etmək vacibdir.o

TARIX 2021-01-24 15:53:44

YAQUB MƏMMƏDOV HAQQINDA -YAZANIN DİQQƏTİNƏ YAQUB MƏMMƏDOVUN ƏSLİ ŞƏKİ RAYONUN BAŞ GÖYNÜK KƏNDİNDƏNDİR.

A.Məmmədov 2021-01-24 14:59:02

Emin müəllimi biganəlikdə günahlandırmaq ədalətsizlikdir! Emin müəllim şğbə müdiri olanda mənim qızımla 132-134 saylı məktəbin direktoru Sara xanım arasında yaranmış münaqişə ilə bağlı mənə gecə saat on birdə zəng vurub, bir saat mənimlə telefonla danışıb, münaqişənin bütün detallarını öyrənib və ertəsi günü məsələni şagirdin xeyirinə həll edib. Biganə adan bunu edərdimi?

Vidadi Qafarov 2021-01-24 13:14:07

Əvvəllər nazirvə ya icra başçısı deputat təyin olunanda onların müfəssəl tərcümeyi halı verilərdi vəəhali anlayırdı ki,bunun ısli nəcabati kimlərdir və ondan nə gözləmək olar.Amma indi sadəcə tək özü barədə qısa yazırlar ki, filan ayda Bakıda doğulub.belə yarımçıq təqdim etmə isə milli qarışıqların məsul vəzifələrə təyin olunmasından xalqı məlumatsız qoyur.Bunun da nəticəsində məsul yerlərə milli qarışığı olan,ölkənin çıxarlarını anlamayanlar. milli qarışıqları olanlar məsul yerlərdə yerləşdirilir.Bunun acı nəticələrini isə xalq çəkir.

Yaqbub Mahmudov haqqda 2021-01-24 12:41:05

cənab nazir, ELmlər Akademiyasının direktoru Yaqub Mahmudov Fəridə Məmmdovanı erməni olmaqda şərlədi, halbuki Yaqubun özü tatdır, dayanmadan türk-səfəvi ziddiyətlərini körükləməkdən doymayır , Yaqub Mahumodovun yaxın adamı Səadət Zeynalova isə erməni qarşılıqdır, onlar isə türk kökənli tarixçilərə divan tuturlar.

Aborigen 2021-01-24 10:24:45

Çox hörmətli Cəlal müəllim! Sizin yazılarınız həmişə yüksək obyektivliyi ilə fərqlənib! Ancaq icazə verin Sizə bir iradımı bildirim. Günahkar nazir deyil! Günahkar bizik! Hər bayramda, hər ad günühdə utanmadan sinif rəhbərinə, məktəb direktoruna hədiyyələr verənlər bizik! Hədiyyə verməyənləri və ya verməyə imkanı olmayanları adam hesab etməyənlər bizik! Biz düzəlsək belə direktorlar heç vaxt olmayacaq!

Elgüc Allahyarov 2021-01-24 03:46:27

Oldugca dolğun və dərin məqalədir. Побольше бы таких толковых и профессиональных авторов в вашей газете.

Səlim 2021-01-24 01:36:25

Burada söhbət bir məktəb direktorundan getmir. Umumi sistem dəyişilməlidir. Nə qədər ki bizdə rüşvət var, nə qədər ki ölkəmiz beynəlxalq reytinq agentliklərində ikinci yüzlükdədirsə Azərbaycanda heç nə düzəlməycək. Bəzi qulağa çatan məlumatlara görə Bakı şəhərində məktəb direktoru olmaq üçün 25-30 min aşağı-yuxarı rüşvət verməlisən, məktəbdə universiteti bitirdikdən sonra müəllimə işləmək üçün 10-15 min. Rayonlarda bu rəqəm biraz aşağıdır. Təbi ki bunu nazirlik təsdiq etməz, çünki özləri də yəqin bu üsulla vəzifəyə gəlibkər. Ya özgəsinin boynuna atacaqlar, ya da ku, şablon çıxışlarla deyəcəklər ki, bəzi hallara görə, müəyyən səbəblərə görə nöqsanlar var. O ki, qalmışdı tələbələrin təhsil haqqı...? Kimin nəyinə lazımdır. Kim hardan "qapazladı", kim hardan "tutdu", yəni rüşvət aldı... Əsas cib dolu olsun, mənfəət olsun. Kimin nəyinə lazımdır təhsil və ya təhsil sistemi. Gerçəklik budur və demək olar ki bütün sahələr belədir.

[email protected] 2021-01-24 00:03:19

Sən necə nazir olmusansa onlarda direktor olub

Veteran 2021-01-23 23:23:08

Əgər obyektiv araşdırmalar aparılsa 50%-i çıxdaş edilməlidirlər. .

Vetendaş 2021-01-23 21:12:17

Tehsil haqaı 5 yüz azn olsa ! Aşagı gəlirli ailələr də övladların birteher oxudardı.. axı rehmetlik Heyder Eliyev də məmur ya imkanlı şəxs övladı olmayıb, indi ki veziyyetde elə insanlar tehsil almaqdan + idare etmədən kənarda qalırlar.

Xalq çetinlikde 2021-01-23 21:05:15

Salam, Celal müellim yazılarından esl ziyalısan. Her yazını oxuduqca dövrümüzün Celil Memmedquluzadesi oldugunu görürem, Allah seni qorusun. Sizi tvdə görmemişem, əyər Orxan Fikretoglu kimi yalnız önceden hazırlanmış metnde usta deyilsizse! Qiymetsiz dövlet idareçisi olardınız . Buna ümid edirem

Nəbi 2021-01-23 20:44:22

Bir az da araşdırmalar apardıqdan sonra çox "şeylər" görəcəksən.

Müəllim 2021-01-23 20:41:52

Cənab Nazir, Şəki 17 saylı məktəbin direktoru necə oldu ki, dirktor oldu ?....

Salman 2021-01-23 20:09:46

İlk öncə təhsildə problem haqda danışanda bir məqama fikir verməliyik - 2013 ildən bu gunə gədər təhsil naziri olan şəxslərin təhsil sahəsi ilə bağlı olmayan adamlar olub , düşünürəm ki təhsil spesifik bir sahədi və bura rəhbərlik edən adamın sırf təhsildə püxtələşmiş bişmiş olması vacib məqamdı

M.Əsgərov 2021-01-23 19:41:56

bizdə məktəb direktorları, xəsəxana, poliklinika müdirləri bazar müdirinə( aktyor Səyavuş Aslanın bazar müdiri rolu kimi) bənzəyirlər bütün cəhətlərinə görə , bunlardan qurtulmasa düzələn deyil bu sahələr...

professor Vüqar Məmmədov 2021-01-23 18:39:37

Elina Hacıyeva işini də xatırlasaq, o işdə də direktorun davranışlarını nəzərə alsaq görəcəyik ki, təhsilimizin rəhbərlərinin seçilməsində çox kobud sistemli səhvlər olub və vardır. Sistem xəstədir. Onun müalicəsinə ciddi ehtiyac vardır. Diaqnoz budur. Onun müalicəsində Sizə uğurlar arzu edirəm.

Səid 2021-01-23 18:27:47

Cənab Nazir hər halda xarici universitetlərdə pul hesabına təhsil alan imkanların uşaqlarına yol açmaq üçün təməl hazırlayır. Xarici təhsil yox vətənə millətə təmənnasız vicdanla xidmət edəcək kadrlar lazımdır. Xaricdə təhsil alanlardan biri də mən. Amma sözün düzünü dediyim üçün heç bir yerdə yerim yoxdur. Bu problemi həll edin. Ölkəyə layiqli vətəndaş yetişdirib, sistemdən faydalanan şəxsi mənafeyini dövlət və millət mənafeyindən üstün tutanlari təmizləyin.

S.ƏHMƏDOV 2021-01-23 17:07:47

HÖRMƏTLİ CƏNAB NAZİR XAHİŞ EDİRƏM 150 SAYLI MƏKTƏBİN FƏALİYYƏTİNİ YOXDAYASINIZ.TƏKLİF EDİRƏM ÖZÜNÜ DOĞRULTMUŞ AXŞAM TƏHSİLİ BƏRPA OLUNSUN.

Son yazılar