Putin Davos forumuna hazırlaşır

Yanvarın 27-də Rusiya prezidenti Vladimir Putin Davosda keçiriləcək Ümumdünya İqtisadi Forumunda çıxış edəcək. Tədbir virtual rejimdə keçiriləcək.

Forumun mövzusu inamın bərpası və prinsiplərin işlənib hazırlanması, siyasət və həmkarlıq olacaq. Tədbirin astanasında təşkilatçılar 2021-ci il üçün risklər barədə hesabat dərc ediblər. Əsas risklər pandemiya və iqlim dəyişikliyi ilə bağlıdır.

«Davos həftəsi» 25-29 yanvar tarixlərində keçəcək. Diskusiyalarda dövlət və hökumət başçıları, siyasətçilər, alimlər və 70-dən çox ölkədən olan biznes liderləri iştirak edəcəklər. «octagon.media» nəşrinin məlumatına görə, forumun əsas iclasları «Böyük yük» mövzusuna həsr olunacaq.

«Forum iştirakçıları iqtisadiyyatın COVİD-19 pandemiyasının yaratmış olduğu böhrandan çıxış yollarının axtarışı ilə məşğul olacaqlar və dayanıqlı, toparlanmış cəmiyyətin bərpası yollarını arayacaqlar» - deyə, nəşr xəbər verir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar