"Qarabağın dirçəlişi və bu bölgədə olan zəngin təbii sərvətlərimizin ölkəmizin iqtisadi sisteminə inteqrasiyası qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək".
“Report” xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” sosial şəbəkəsindəki hesabında qeyd edib.
Xatırladaq ki, Mikayıl Cabbarov Prezident İlham Əliyevin fərmanı ilə yaradılan "Qarabağ Dirçəliş Fondu"nun Müşahidə Şurasının üzvüdür. Fondun Müşahidə Şurasına ölkənin ictimai-siyasi və mədəni sahədə çalışan 9 nəfər üzvü təyin edilib.


Şərhlər
İqtisadiyyat nəhəng bir prosesi əhatə edir.Müəssisələr əlaqəli şəkildə işçə düşür.Nəticədə həm əhali üçün,həm də xarici alıcılar üçün məhsullar istehsal edilir.Hardasa bir istehsal sahəsi yaratmaqla,ixtisası kənar adamların rəhbərliyi ilə iqtisadiyyat bərpa oluna bilməz.Qarabağ,uzaqbaşı kənd təsərrüfatı məhsulları üçün müvafiqdir.Ağır sənayeni işə salmaq lazımdır.Parnik və pomidor isteühsalı əhali üçün qul əməyi,sahibkar üçünsə vergidən yayınma sahəsidir.Köhnə sənayeçiləri bir yerə toplamadan heç nə yaranmayacaq.Müəssisələr yaranmalı və onların dövriyyə vəsaiti talançılara etibar olunmamalıdır.
Əla, nəhənğ "Qarabağı Qur" texniki qurumu gərək! Yeddi rayon oturub "Azyolu" gözləməsin ki, onun yolu oradan nə vaxt keçəcək? Hətta, eyni bir binanın tikintisində belə elm işlərin mümkün-paralel aparılmasını tövsiyə edib. Qazlaşdırma yəqin ki, bütün rayonlarda 2ci rübdə tamamlanacaq?