Menu

"Hazırda Tacikistanda koronavirus yoxdur" - Prezident

26.01.2021, 11:48
"Hazırda Tacikistanda koronavirus yoxdur" - Prezident

“Hazırda Tacikistanda koronavirus yoxdur, o, bizdə tamamilə məhv edilib”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Tacikistanın Prezidenti Emoməli Rahmon açıqlayıb.

Bununla birgə, ölkə başçısı insanların təhlükəsizlik tədbirlərini gözləməli olduğunu xatırladıb.

Onun sözlərinə görə, 2020-ci ildə Tacikistan hökuməti səhiyyə sisteminə 1,6 milyard somoni (145 milyon ABŞ dollarından çox) əlavə vəsait ayırıb və ölkədə təcili olaraq 30-a yaxın yeni xəstəxana istifadəyə verilib.

Tacikistan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 15 gündür koronavirusa yeni yoluxma faktı aşkarlanmayıb.

Şərhlər

zaza 2021-01-26 18:08:50

Bax buna deyərlər dəlidən doğru xəbər,xoşum gəldi.Ondan ibrət götürmək lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol