Menu

Moskvada Rusiya və İran XİN başçılarının görüşü keçirilir

26.01.2021, 13:52
Moskvada Rusiya və İran XİN başçılarının görüşü keçirilir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında görüş başlayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşün protokol hissəsində Sergey Lavrov və Məhəmməd Cavad Zərif çıxış ediblər.

Qeyd edək ki, Lavrov-Zərif görüşündə Dağlıq Qarabağda vəziyyət, İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı ətrafında vəziyyət, Suriya nizamlanması, Əfqanıstan, Fars körfəzi zonasında vəziyyət əsas müzakirə mövzusu olacaq. Bundan başqa, Rusiya-İran arasındakı ikitərəfli münasibətlərin gələcək inkişafı istiqamətində konkret addımların atılması barəsində fikir mübadiləsi aparılacaq. Görüşün yekunu ilə bağlı Rusiya və İran XİN başçıları birgə mətbuat konfransı keçirəcəklər.

Şərhlər

Xalq 2021-01-26 15:59:28

bunlar bizim arxamızda bizi müzakirə edirlər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol