Prezident Ramin Quluzadənin fəaliyyətindən danışdı

"Mən sizdən əvvəl bu vəzifədə çalışmış nazirin fəaliyyətindən də razıyam".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

"O da öz vəzifə borcunu şərəflə yerinə yetirirdi, bir çox önəmli məsələləri həll etmişdir, Azərbaycanın bu sahədəki inkişafını təmin etmişdir. Ancaq hər yerdə islahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr durur. Mən hesab edirəm ki, siz bu vəzifələri icra edə bilərsiniz. Hər halda, buna ümid edirəm. Bir daha qeyd etmək istəyirəm ki, bu, sizə göstərilən böyük inamdır, etimaddır və sizin üçün böyük məsuliyyətdir. Siz bu məsuliyyəti öz işinizlə doğrultmalısınız", - dövlət başçısı bildirib.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.

635x100

Şərhlər

İ.Mustafaoğlu 2021-01-26 16:16:05

Rəşad müəllimi Nazir təyin olunması münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti və nazir vəzifəsində yeni-yeni uğurlar arzu edirəm. Rəşad müəllim uzun müddət Rabitə Nazirliyinin Maliyyə şöbəsinə rəhbərlik edib. Peşəkar maliyyəçi - rabitəçi kadrların yetişməsində müstəsna xidmətləri olub. Rabitənin imicini şəxsi maraqlardan üstün tutub, öz xidmətləri ilə daim Rəhbərliyin etimadını doğruldub. Rəşad müəllim öz xidmətləri ilə qısa müddət ərzində Rabitənin əvvəlki nüfuzunu özünə qaytaracaqdır. Yüksək və peşəkar səviyyəli kadrı Rabitə Naziri təyin etməsi münasibətilə cənab Prezidentimizə bir rabitəçi kimi öz dərin minnətdarlığımı bildirirəm, Azərbaycanımızın inkişafı və xalqımızın rifahı naminə Ulu Tanrı Sizi qorusun!

Arif Əliyev rabitəçi 2021-01-26 15:18:06

Əslində ,bu nazirliyi birbaşa Əli Abdullayev istədiyi formada idarə edirdi....

Son yazılar