YENİ NAZİR ABŞ-da TƏHSİL ALIB... - Rəşad Nəbiyev kimdir? + DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Nəbi oğlu Nəbiyev Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Rəşad Nəbiyev 1977-ci ildə anadan olub.

Yeni nazir buna qədər 10 il “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışıb. 

1994-2000-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb. 

2000-2002-ci illərdə ABŞ-ın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib. Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək 2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.

1997-2000-ci illərdə Prezidentin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində işləyib. 2002-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində, 2004-2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib.

Prezidentin 2011-ci il 24 yanvar tarixli Sərəncamı ilə “Azərkosmos”un sədri vəzifəsinə təyin edilib. 20 yanvar 2021-ci il tarixdən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziridir.

"AzPolitika.info"

635x100

Şərhlər

Rabitəçi. 2021-01-31 12:03:37

Vətəndaşa Qarabağın Qubadlı rayonundandır,birdə ona qalsa Əli Abdullayev Cəlilabaddandır,hələlik neqativlik idarə etmədə ona heç bir region çatmır.

Vətəndaş 2021-01-30 20:21:03

naxçıvanlıdır ya da ermənistanlı

Arif Əliyev rabitəçi 2021-01-28 23:23:27

Vaqif 61 yaşım var hələ bizim sahədə belə səviyəsiz, kadırların rəisi Nüşabə kimisini görməmişəm,bilirsən aldadıb işdən çıxardan işçilər işlərinə yenidən qayıtmaq üçün ona müraciyət edəndə,Nüşabə deyirki a balam sizi boşayıblar sizlə yaşamaq istəmirlər nə istəyirsiniz bizdən hələ bu səviyədə poçt işçilərini lağa qoymaqla təhqir etməmişdilər.

İsmayıl İmamov 2021-01-27 10:47:09

Vaqif Əzizov rabitədə çox savadlı bir kadr idi. Belə kadrları işdən azad etməklə Azərpoçtu məhv etdilər. İşlədiyim dövrdə yoxlamada olub, çox təcrübəli ,savadlı , əsil rabitəçi idi.

Vaqif Əzizov Arif Əliyevə 2021-01-27 09:42:26

Arif müəllim, Allah Sizi var eləsin, həmişə hörmətli olasız.

Vəfadar 2021-01-26 21:44:33

2000-2002-ci illərdə Amerikada təhsil ala-ala necə Prezidrnt adinistrasiyasında 1997-3003-cü ildə necə işləyib? Yəqin onlayn iş olub.

İsmayıl İmamov 2021-01-26 19:30:09

Rəşad müəllim, nazir təyin olunmağınız münasibətilə təbrik edirəm və uğurlar arzulayıram. Rabitənin əvvəlki nüfuzunun özünə qaytarılmasında Ulu Tanrı sizin yardımçınız olsun. Uğurlar !

Arif Əliyev rabitəçi 2021-01-26 18:07:35

Vaqif qardaşım şəxsən sizə qarşı haqsızlıq edənləri,O,kişi yola salır bir-bir.

t.ədalət 2021-01-26 17:36:19

ABŞ-da təhsil almaq onun mütəxəssis olmasına əsas yaratmır.Əsas odur ki,məlum regionun uşaqlarıdır.

Vaqif Əzizov 2021-01-26 16:34:32

Hörmətli Rəşad müəllimi ürəkdən təbrik edirəm. Yalnız uğurlar arzulayıram.

Son yazılar