“YAŞAT” Fonduna daxil olan və xərclənən vəsaitin məbləği məlum olub

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin məbləği açıqlanıb.

“Report” xəbər verir ki, indiyədək fondda 27 610 701,33 manat toplanıb.

Həmin vəsaitdən 16 434 136,55 manat fiziki şəxslər, 11 176 564,78 manat isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 11 176 564,78 manatı xərclənib. Vəsaitin qalığı isə 25 812 967,82 manatdır.

635x100

Şərhlər

Anar91 2021-01-27 10:36:05

Məlumat qüsurludur. M.əsgərov da ona işarə edib. Maraqlıdır, yalnız hüquqi şəxslərin göndərdiyi pullar sərf edilib. Rəqəmləri deyəsən naşı biri təqdim edib

M.Əsgərov 2021-01-26 23:37:21

Nə qədər xərclənməsinə baxmayarq qalıq da artır???...

Son yazılar