“Rusiyada sarsıntılara rəvac vermək üçün Qərbin Navalnıya ehtiyacı var” - Nikolay Patruşev

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev "Arqumenti i Faktı" qəzetinə müsahibəsində müxalifət lideri Aleksey Navalnının çağırışı ilə Rusiyada keçirilən etiraz aksiyalarından danışıb.

"AzPolitika.info" xəbər verir ki, Patruşev Rusiyada vəziyyəti gərginləşdirmək, sosial sarsıntılar, tətillərə rəvac vermək üçün Qərbin Navalnıya ehtiyacı olduğunu bildirib. "Bunun nəyə gətirib çıxaracağını, praktik olaraq müstəqilliyini itirən Ukraynanın timsalında görürük. Navalnı Rusiya qanunlarını kobud şəkildə pozaraq böyük miqyasda fırıldaqçılığa yol verib. Rusiya vətəndaşı kimi qanunsuz fəaliyyətinə görə qanun qarşısında cavab verməlidir", - deyə o vurğulayıb.

Patruşev "Ukrayna siyasətçiləri Moskva Aleksey Navalnını sərbəst buraxana qədər Rusiya ilə bütün münasibətləri pozmaq lazım olduğunu bəyan edirlərsə, münasibətləri bərpa etmək mümkündürmü" sualını belə cavablandırıb: "Bu təəccüblü deyil. Hazırda Ukraynaya rəhbərlik edən şəxslərin bu bəyanatları xarici siyasətlərinə uyğundur, eyni zamanda öz xalqlarının mənafelərinə zərər verirlər".

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar