Menu

ABŞ-ın yeni dövlət katibi təsdiq olundu

26.01.2021, 22:08
ABŞ-ın yeni dövlət katibi təsdiq olundu

ABŞ Konqresinin Senatı Dövlət Departamentinin rəhbəri postuna Entoni Blinkenin namizədliyini təsdiqləyib.

“Report” xəbər verir ki, səsvermənin translyasiyası Amerikanın qanunverici orqanının yuxarı palatasının saytında aparılıb.

Namizədliyi prezident Cozef Bayden tərəfindən irəli sürülən Blinkenin andiçməsi yaxın vaxtlarda olacaq. Onun 58 yaşı var. Blinken uzun illərdir Baydenin yaxın tərəfdaşıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol