Menu

Bakıda dəhşətli hadisə - Gənc qadını doğrayıb zibil qutusuna atdılar (Yenilənib)

27.01.2021, 12:17
Bakıda dəhşətli hadisə - Gənc qadını doğrayıb zibil qutusuna atdılar (Yenilənib)

Yanvarın 27-də saat 01 radələrində Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 4 ədəd kisədə və 1 ədəd selofan torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nəsimi rayon Prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsi, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

Bakıda qadın meyiti tapılıb.

“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, rayonun Ə.İsgəndərov küçəsindəki zibil qutusunda hissələrə bölünmüş qadın meyiti aşkar edilib.

İlkin ehtimala görə, qadın gənc yaşlarındadır.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

t.ədalət 2021-01-27 13:08:08

Bütün bu cinayətlərə səbəb ailədə qadınların özündən müştəbeh olması,"qadınaşiddət" adı altında onların kişilərdən ehtiyat etməməsinə şərait yaratmaqdan gedir.Tərbiyəsizlik o həddə çatıb ki,özünü "artist" hesab edənlər çıxıb telekasnallarda əxlaqsızlıq etdiyini,tərbiyəsizlikdən məmnun qaldığını xalqa danışır......

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol