Menu

AMEA rəhbərliyindən anormal addım - Dilçilik İnstitutundakı “Qaynar xətt”i kim ləğv edib?

27.01.2021, 14:40
AMEA rəhbərliyindən anormal addım - Dilçilik İnstitutundakı “Qaynar xətt”i kim ləğv edib?

Tanınmış jurnalisti, filologiya elmləri doktoru Qulu Məhərrəmli özünün “feysbuk” səhifəsində AMEA-nın Dilçilik İnstitutuyla bağlı maraqlı paylaşım edib.

“AzPolitika.info” xəbər verir ki, Q.Məhərrəmli həmin paylaşımda AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli və institutun direktoru Möhsün Nağısoylunun Dilçilik İnstitutunun “Qaynar xətti”ni ləğv etdiyini, müasir texnoloji sistemdən dilimizin tərəqqisi üçün istifadə etmək əvəzinə onu dağıtdığını bildirib. 

Həmin paylaşımı diqqətinizə çatdırırıq: “AMEA-nın Dilçilik İnstitutundakı “Qaynar xətt”in fəaliyyəti dayandırılıb, sistem ləğv edilib, kompüterlər sökülüb, otaq da hansısa şuraya verilib. Xatırladım ki, bu xətt Azərbaycan dilini inkişaf etdirməklə bağlı dövlət başçısı İlham Əliyevin imzaladığı “Dövlət Proqramı”nın konkret bəndinə (6.1.5) uyğun olaraq çox böyük əziyyətlə yaradılmışdı. İşlər mərhum akademik Tofiq Hacıyevin rəhbərliyi ilə aparılmışdı. İndi başqa akademiklər - AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli və institutun direktoru Möhsün Nağısoylu müasir texnoloji sistemdən dilimizin tərəqqisi üçün istifadə etmək əvəzinə onu dağıdlrlar.

Mən dövlətin müasir dil quruculuğu siyasətinə, “Dövlət Proqramı”nın tələblərinə zidd olan bu addımı Ana dilimizə QƏSD və bağışlanmaz CİNAYƏT hesab edirəm. Güman edirəm ki, media da, ziyalılar da, AMEA rəhbərliyi də bu məsləyə biganə qalmayacaq.”

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol