Menu

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

27.01.2021, 14:56
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Yanvarın 27-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Ceyhun Bayramov dəniz quldurlarının hücumuna məruz qalmış gəmi heyətinin öldürülmüş azərbaycanlı üzvünün nəşinin vətənə gətirildiyini qeyd edərək, bu müddət ərzində məsələnin xüsusi diqqətdə saxlanılması, əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçirilməsi və göstərdiyi yardıma görə qardaş Türkiyədən olan həmkarına təşəkkürünü bildirib.

Nazir, həmçinin gəmi heyətinin əsir götürülmüş 15 üzvünün taleyi ilə, həyata keçirilən xilasetmə tədbirləri ilə maraqlanıb və sözügedən Türkiyə vətəndaşlarının tezliklə ölkələrinə geri qayıtmalarını arzu edib.

Xatırladaq ki, ötən gün də Ceyhun Bayramovun Mövlud Çavuşoğlu ilə telefon danışığı olub. Nazirlər dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində öldürülmüş azərbaycanlının nəşinin Vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Şərhlər

XİN-in kadrlar İdarəsi haqda 2021-01-27 15:48:31

Hörmətli cənab nazir, fəaliyyətiniz təqdirəlayiqdir, amma 100-dən çox XİN əməkdaşı iki ildən bəri heç bir əsas olmadan sərəncamda saxlanılır, onlar əmək haqqı-filan da almırlar. RƏhbərlik etdiyiniz qurumun Kadrlar İdaərsində isə tam şəkildə dərəbəylik hökm sürür. Mammedyarovun dövründən qalma "kadr"lar hər cür islahata qarşı çıxır, bu islahatlari gözdən salmaqla məşğuldurlar. Oraba bir Fuad Azizov birisi vardır, indi həbsdə yatan Eldar Həsənovun əlatısı olub, köhnə əməllərindən (rüşvətxorluq və sair) də əl çəkə bilmir. Belə birisinin rəis müavini təyin etməyin mənasını anlaya bilmədik. Bu günlərdə Xİn-də keçirilən imtahanda hər cür hoqqdan çıxdı, sərəncamda olan əməkdaşlara münasibətədə də hoqqbazlıqla məşğuldur. Hər dəfə də tazə təyin edilmiş Raman müəllimin adından danışır.... Aidiyyəti üzrə tədbirlər görməyinizi xahiş edirik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol