Menu

Gürcüstan hava yolunu açır - Türkiyə və Ukrayna ilə aviareysləri bərpa edir

27.01.2021, 15:34
Gürcüstan hava yolunu açır - Türkiyə və Ukrayna ilə aviareysləri bərpa edir

Fevralın 4-dən etibarən Gürcüstan və Türkiyə arasında Tbilisi-İstanbul-Tbilisi istiqaməti üzrə müntəzəm aviareyslərin həyata keçirilməsinə başlanılacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi beynəlxalq hava limanından bildirilib.

Məlumata əsasən, reysləri “Pegasus Airlines” aviaşirkəti həftədə 5 dəfə yerinə yetirəcək. Mart ayından isə uçuşların gündəlik həyata keçirilməsi planlaşdırılır.

Qeyd olunan tarixdən başlayaraq Ukraynanın “SkyUp Airlines” şirkəti də həftədə iki dəfə Kiyev-Tbilisi-Kiyev istiqaməti üzrə aviareyslərə start verəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol