Müəllim olmaq üçün 3 mindən çox namizəd qeydiyyatdan keçib

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə elektron sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, elektron sənəd qəbulunda 3 118 nəfər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçib.

Elektron müraciətini təsdiq etmiş namizədlərin məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.

Müsabiqənin Azərbaycan və rus bölməsi üzrə müsahibə proqramları ilə aşağıdakı linkə daxil olmaqla tanış ola bilərsiniz: https://www.miq.edu.az/movzular

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar