TAP-ın bazar sınaqları iyulda ticarət mərhələsi ilə davam edəcək

Xəzər dənizinin Azərbaycan sektorundan hasil edilən təbii qazı Avropaya nəql edən Trans-Adriatik Boru Kəmərinin (TAP) icbari bazar sınaqları iyulda ticarət mərhələsi ilə davam edəcək.

“Report”un məlumatına görə, bunu TAP-ın icraçı direktoru Luka Şipati (Luca Schieppati) bildirib.

Onun sözlərinə görə, TAP-ın genişləndirməsi üzrə yeni imkanlar təklif etmək üçün ən azı iki ildən bir bazar sınaqları keçiriləcək. TAP-ın ümumi ötürmə gücü 20 mlrd kubmetrdir.

L. Şipati vurğulayıb ki, TAP hazırda və gələcəkdə strateji əhəmiyyətə malikdir: “Hazırda enerji təhlükəsizliyi və şaxələndirmə aktual olaraq qalır. TAP regionda imkanlarını və əlaqələrini genişləndirir, həmçinin kömür və linyitdən asıllığı azaldır”.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20 %), bp (20 %), Snam (20 %), Fluxys (19 %), Enagás (16 %) və Axpo (5 %) şirkətləridir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar