Menu

İran daha min ədəd sentrifuqa quraşdıracaq

28.01.2021, 16:10
İran daha min ədəd sentrifuqa quraşdıracaq

"İranda uranın zənginləşdirilməsi imkanlarını artırmaq üçün üç aydan az müddət ərzində daha müasir 1 000 ədəd sentrifuqa quraşdırılacaq".

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi bildirib.

O, İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf Fərdodakı uranın zənginləşdirilməsi müəssisəsini ziyarət edəndən sonra keçirdiyi brifinqdə bildirib ki, ölkəsinin nüvə sahəsində fəaliyyəti əvvəlki illərlə müqayisəedilməz şəkildə inkişaf edib.

B.Kamalvəndi deyib ki, 17 kq uranı 20 faizədək zənginləşdiriblər.

Şərhlər

Xalq 2021-01-28 18:09:41

deyəsən Amerika İranın başını açıb buraxıb!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol