Menu

BMT başçısı ötən ili “ölüm ili” adlandırıb – “Təbiət qisas aldı”

29.01.2021, 00:04
BMT başçısı ötən ili “ölüm ili” adlandırıb – “Təbiət qisas aldı”

Ötən 2020-ci ildə bəşəriyyət görünməmiş çətinliklərlə və xaosla qarşılaşdı.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş Baş Məclis qarşısında çıxışı zamanı bəyan edib ki, 2020-ci il qlobal «ölüm, fəlakət və çaşqınlıq ili» oldu.

Onun sözlərinə görə, pandemiya hər ölkədə və hər iqtisadiyyatda xaos yaradıb. «Biz, 2 milyon insan həyatını itirdik, o cümlədən, bizim BMT ailəmizin əziz üzvlərini. İnsan itkilərinin sayı artmaqda davam edir» - Quterreş əlavə edib.

O, qeyd edib ki, kasıblıq artır, aclıq güclənir və qeyri-bərabərlik yüksəlir. Quterreş bildirib ki, bəşəriyyət təbiətə müharibə elan etdi, təbiət isə öz növbəsində, «cavab zərbələri endirir». O, ölümdən sağalmağa, fəlakətdən rekonstruksiyaya keçməyə çağırıb.

BMT rəhbəri bildirib ki, 2021-ci il dünyanın bərpası ili olmalıdır.

AzPolitika.info

Şərhlər

B.Qarabağlı 2021-01-29 05:05:24

Dünya İnsan Aləminin BMT Baş Katibi Cənab Antonio Qutterreş erməni hərbi terrorçuları azərbaycanlıları öldürməklə qovmağa 1987 ci ildən başlayıblar və ölüm illərinə hələ də son qoymaq niyyəti görünmür?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol