BU İL KEÇİRİLƏCƏK İMTAHANLARIN VAXTI VƏ QAYDALARI AÇIQLANDI - Siyahı + VİDEO

"Azərbaycanın ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsinin may ayında keçirilməsi nəzərdə tutulur". "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, tədrisi Azərbaycan dilindən fərqli dildə aparan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (1-ci şans) da may ayında olacaq.

DİM sədri deyib ki, may ayında həmçinin dövlət qulluğuna qəbul imtahanın test mərhələsi və rezidenturaya qəbul imtahanı (1-ci mərhələ, 1-ci şans) da keçiriləcək: “May-iyun ayları ərzində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının da olması planlaşdırılır. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi və ali məktəblərə qəbul imtahanı (2-ci şans) iyun ayında olması nəzərdə tutulur”.

 Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında bildirib ki,  builki imtahanların keçirilməsi qaydası müəyyənləşib.

2021-ci ildə təşkil olunacaq imtahanlar barədə məlumat verən M.Abbaszadə qeyd edib ki, ötən il olduğu kimi bu il də imtahan binaları dezinfeksiya olunacaq, binalarda say həddinə və sosial məsafəyə riayət ediləcək, imtahan iştirakçıları imtahan zallarında hər partada bir nəfər olmaqla əyləşdiriləcək, binalarda dezinfeksiyaedici məhlul, əlcək, tibbi maskadan istifadə ediləcək.

"2021-ci il buraxılış imtahanı fənlərinin СОVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq həm 9, həm də 11-ci siniflər üzrə tərtib edilmiş proqramları da sadələşdirilib" - deyə,  Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, 9 illik təhsil bazası üzrə buraxılış imtahanı proqramlarında əsas (baza) hissə olaraq 5-ci sinifdən 9-cu sinfin birinci yarımilinədək keçirilmiş mövzular, 11 illik təhsil bazası üzrə isə 11-ci sinfin birinci yarımilinədək keçirilmiş mövzular əsas götürüləcək. Hər iki sinif üzrə ikinci yarımildə tədrisi nəzərdə tutulan mövzular üzrə olan tapşırıqlar isə aşağı siniflər (müvafiq olaraq 5-8 və 5-10-cu) həcmində hazırlanacaq.

Bilirsiniz ki, 9-cu sinif üzrə buraxılış imtahanları 1 mərhələdə keçiriləcək. Bu ildən etibarən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış və orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu imtahanlarının bir mərhələdə keçirilməsi nəzərdə tutulur (DİM tərəfindən hazırlanmış bu dəyişiklikləri nəzərdə tutan və aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış Nazirlər Kabinetinin qərar layihələri hazırda Nazirlər Kabinetində baxılmaqdadır).

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq həm buraxılış, həm də qəbul imtahanı çərçivəsində keçirilən Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanında şagirdlərə (abituriyentlərə) audio mətn təqdim olunmayacaq, yalnız test tapşırıqları təqdim olunacaqdır. Buna görə də Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanının qanunvericilikdə nəzərdə tutulduğu kimi 1 saat 30 dəqiqə deyil, 45 dəqiqə keçirilməsi nəzərdə tutulur.

Bunları artıq elan etmişik. İmtahan modelini də “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim etmişik. Ancaq biz Təhsil Nazirliyi ilə birgə imtahanının strukturunu yenə də müzakirə edəcəyik və ola bilsin ki, açıq sualların təqdim edilmə forması daha da sadələşdirilsin.

Ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları da sadələşdirilib. Təhsil Nazirliyi ilə birgə müzakirələr aparılıb və hazırkı təlim-tədris prosesi əlaqədar mənimsənilməsi çətin olan mövzular müəyyənləşdirilərək proqramlardan çıxarılıb.


"Keçən il dövlət sifarişli plan yerlərinin sayı artmışdı. İndi heç bir fikir söyləyə bilmərik" - deyə,  Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

DİM sədri qeyd edib ki, plan yerlərini Nazirlər Kabineti təsdiqləyir: “Biz yalnız təkliflərimizi veririk. Qeyd edim ki, 2019-cu ildə 41 693 nəfər ali məktəbə qəbul olmuşdu. Bu da o deməkdir ki, həmin plan yerləri 87% dolmuşdu. Qəbul olanların arasında 7% subbakalavr idi. 2020-ci ilin plan yerləri artırılıb. Dövlət sifarişli yerləri də artmışdı. Həmin il 41 748 nəfər ali məktəbə qəbul olmuşdu. 86 % plan yerləri dolmuşdu. Qəbul olunanlar arasında 10 % subbakalavr təşkil edirdi. 2019-cu il 3 515 subbakalavr,

2020-ci ildə isə 5 179 subbakalavr ali məktəbə qəbul olmuşdu. Bu da o deməkdir ki, ildən-ilə subbakalavrların ali məktəblərə qəbul faizi artacaq”.

Tarixlər aşağıdakı kimidir:

2021-ci il aprel-sentyabr aylarında keçirilməsi planlaşdırılan imtahanlar

1. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları;
2. Əvvəlki illərin məzunlarının ali məktəblərə qəbul imtahanı (1-ci mərhələ);
3. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi.

              Aprel ayı ərzində

GRE

                   
                02.04.2021

1. Ali təhsil müəssisələrinə qəbul imtahanı (1-ci şans);
2. Tədrisi Azərbaycan dilindən fərqli dildə aparan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (1-ci şans);
3. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi

4. Rezidenturaya qəbul imtahanı (1-ci mərhələ, 1-ci şans)



                     May ayı ərzində
GRE

                03.05.2021
SAT

                08.05.2021
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı

       May-iyun ayları ərzində
1. Əvvəlki il məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanı
2. Magistratura səviyyəsinə qəbul imtahanı (2-ci şans)
3. Tədrisi Azərbaycan dilindən fərqli dildə aparan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (2-ci şans)

4. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi

                  İyun ayı ərzində
GRE

                        04.06.2021
SAT

                         05.06.2021
1. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi2. Ali məktəblərə qəbul imtahanı (2-ci şans)

                    
                   İyul ayı ərzində
1. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi2. Rezidenturaya qəbul imtahanı (1-ci mərhələ, 2-ci şans)                 
                 Avqust ayı ərzində
1. Buraxılış imtahanı (payız, təkrar)

2. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi3
. Rezidenturaya qəbul imtahanı (2-ci mərhələ)

 
                Sentyabr ayı ərzində
ACCA(İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası)

Hər həftənin II günləri (10:00–13:30) və IV günləri (10:00-18:00)
PTE Academic

Hər həftənin II günləri (14:00-17:00)
Pearson VUE-nun ixtisaslaşma imtahanlarıHər həftənin I günləri (08:30–13:30, günorta növbəsi: 14:00-17:00)
ТРКИRus dili xarici dil kimi testi

Hər həftənin V günləri (11:00-17:00), eləcə də onlayn qaydada hər həftənin VI günləri (11:00-17:00)
ICDLBeynəlxalq Kompüter İşlətmə Lisenziyas
635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar