Menu

Azərbaycan yüklərinin Rusiyadan tranzit daşınmasına icazə verilib

29.01.2021, 19:10
Azərbaycan yüklərinin Rusiyadan tranzit daşınmasına icazə verilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müraciəti əsasında Rusiyanın müvafiq qurumu tərəfindən ölkəmizdən ixrac olunan fitosanitar nəzarətində olan yüklərin bu ölkənin ərazisindən tranzit keçməsinə icazə verilib.

Bu barədə Agentlikdən məlumat verilib.

Bildirilib ki, Avrasiya İqtisadi Birliyinin (AAİB) Gömrük İttifaqı Komissiyasının gömrük sərhədində karantin fitosanitar nəzarəti proseduruna uyğun olaraq, yüklərin Rusiya Federasiyası ərazisindən digər ölkələrə keçməsi məsələsi öz müsbət həllini tapıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol