URVATSIZLAŞDIRILAN QƏLƏBƏ - Deputat Fazil Mustafanın yazısı
Bu urvatsızlaşdırma kampaniyasında prezident komandasının hadisələrə, proseslərə vaxtında və anlaşılan formada izah verə bilməməsi də az rol oynamır
Eşidəcəyiniz doğrudur. Gündəlik xəbər oxunuşuna rusdilli erməni saytlarından və sosial şəbəkə səhifələrindən başlayıram. Qələbəmizin möhtəşəmliyini, dəyərini daha çox düşmənin məyusluğundan, çarəsizliyindən, qarşılıqlı ittihamlarından təsəvvür etdikdən sonra dönürəm öz doğma dilimizin incəlikləri ilə dolu olan sosial şəbəkəmizə. Daha çox giley, narazılıq, etirazçılıq, saxta vətənpərvərlik dozası qarşıma çıxır və artıq qələbəmizin böyüklüyü fonunda bu zəhərlənmə prosesi düşüncəmi özünə tabe etdirə bilmir.
Erməni öz məyusluğunda qalsın, ancaq müşahidə edirəm ki, erməniləri himayə edən başqa düşmənlərimiz də şanlı qələbədən sonra qalib xalq ruhununda yenidən dirilən Azərbaycana qarşı ciddi qorxu ilə yanaşırlar. Burada Qərb texnologiyası da, fars, rus texnologiyaları da özünü hər addımda və hər adamda asanlıqla büruzə verir.
Dostlarının məğlubiyyətini həzm etməyən düşmənlər və yaxud əsas düşmənimizin himayəçiləri ölkəmizdən kənarda və ölkəmizdə olan siyasi peykləri vasitəsilə antitəbliğatlarını ilk öncə nədən başlayırlar? Böyük qələbəmizi urvatsızlaşdırmaqdan! Bunun üçün ilk olaraq hansı addımlar atılmalıdır? Qutlu savaşda şanlı qələbəni bəsitləşdirmək!
Qarabağ savaşı sonrası məgər başqa hal baş verib? Addım-addım bu qədər şəhid verərək qazandığımız savaşı artıq sosial şəbəkə üzərindən bəsitləşdirə bilmişlər. Təqribən belə ifadə edirlər: “Rusiya neytral qalandan sonra, Türkiyə hər cür dəstək verəndən sonra nə var ki, Qarabağı azad etməyə? Nə var ki, Bayraqdarın köməyi ilə erməni tankının, topunun anasını ağlatmağa?”
Ardınca da urvatsızlaşdırma gəlir. Birisi qatı milliyətçi, turançı ədası ilə əsəbi ovqatı puləyir cəmiyyətin canına: “Rusiya yenidən torpağımıza qayıdacaqdısa, elə qoyardınız Qarabağ ermənidə qalardı. Hər şey bitdi, rusu oradan necə çıxaracağıq?"
Digəri də dinçi qafasına doldurulan tezisi cəmiyyətə boy atmaq üçün göndərir: “İsrailin, yəhudinin köməyindən istifadə etməkdənsə, enində-sonunda buraxardınız erməniləri Həzrət Abbasın şilləsinin öhdəsinə. Er-gec onsuz da bu şillə dəyən kimi erməni qarşımızda diz çokəcəkdi”.
Digəri də Qərb demokratiyasının bakirə mələyi kimi; “ABŞ nədən bölgədə yoxdur” deməyə risq etməyərək, Türkiyənin burada yerləşməsinə Qərbin və rusun imkan verməyəcəyi fikrini püləməklə məşğuldur. Ardınca şəhid məzarlarını siyasi etiraz formasına çevirənlər, ardınca Xankəndinə qonaq gedə bilməməsini dərd edənlər gəlir. Məcburi köçkünlərin qayıtmaq istəmədiyini tirajlayanlar, orden, medal ədalətsizliyindən sitəm edənlər və daha kimlər və daha nələr.
Bu qədər böyük müharibənin uğuru mütləq və mütləq qələbəyə layiq bir cəmiyyət yetişdirməliydi. Ancaq məğlubiyyətə alışmış qafalar qələbə havasını udmaq istəyənlərə, qalib xalqa çevrilmək istəyənlərə ciddi dirəniş göstərirlər və hələ ki və nə yazıq ki, bu dirəniş uğurlu alınır.
İndi baxın, ən kiçik problemlərlə baş qarışdırılmağa çalışılan dövlətin reaksiyası gecikmir. Şəhid məzarlarının yeri dəyişdirildi. Əlbəttə, hansı şəhid ailəsi bunu arzulayırdısa, nəzərə alındı. Bir neçə məzarda uyuyan şəhidin ailəsi məzar yerinin dəyişməsinə razı olmadılar. Onların da rəyinə hörmətlə yanaşıldı.
Bu, sadəcə ənənəvi məmur laqeydliyindən doğan məsələ idi və əslində həmin məzarlıq da elə-belə sıradan bir yer sayılmazdı. Bildiyim qədərincə orada birinci cərgədəki məzarların bazar qiyməti 20-30 min manat arası dəyişir və ənənəvi olaraq bəziləri azərbaycanlı mentallığına uyğun olaraq o dünyada yer kiralamaq düşüncəsi ilə ölmədən o pulu ödəyib donqili başdaşları da qoymuşlar. Digər yerlərin də qiyməti 5-10 min manat arası dəyişir.
Ölkədə əsas biznes qəbir yerindədir e... Sadəcə bəzi səlahiyyətli məmurlar şəhidliyin mahiyyətini anlamadıqlarına görə, ucuz yerləri seçmişlər. Burada da yaxşı ki, su məsələni hər şeyi aydınlığa çıxarmış oldu. Bu prosesdə şəhid ailələrini anlamalıyıq. Dövlət bundan sonra da şəhid ailələrinə ən yüksək səviyyədə yardım göstərsə də, onların itkisi o qədər ağırdır ki, bu dəstək bundan sonra da təsəllidən o tərəfə keçə bilməyəcək.
Hərçənd ki, bir şəxsiyyət olaraq hər bir şəhidin özü bu maddi dəyərlərdən ucada durmağı bacardığına görə öz mərtəbəsində layiq olduğu yeri tutub.
Bilinən gerçək budur ki, addım-addım ailə üzvü də, laqeyidlik göstərən o məmur da, mən də, sən də o şəhidə, o qaziyə layiq olmağı milli vəzifə kimi görməyə başlayacağıq. Həm də anlaşılan budur ki, siyasi qışqırıqçıların və sosial şəbəkə xuliqanlarının bu mövzunu istismar etməsi birbaşa qələbəni urvatsızlaşdırma niyyəti daşımaqdadır. Bilərəkdən, yaxud bilməyərəkdən.
Çoxları anlayır ki, yuxarıdakı və ya aşağıdakı bir neçə məmurun başıboş davranışınından yaranan sıxıntını dövlət mütləq düzəldəcək. Necə ki, düzəltdi də! Şəhid və qazi mövzusunda həssaslığı bu gün ən çox cəmiyyətə aşılayan dövlətin özü olduğuna görə, burada narazılıq üzün hansısa yer saxlanılmamasına çalışılır. Hərçənd ki, başqa mövzularda eyni həssaslığı bir çox hallarda müşahidə etmirik.
Qaza, suya ödənişlərin artımına, bazarda qiymətlərin katostrafik şəkildə qaldırılmasına görə cavabdeh qurumlar hələ də vətəndaşlara hansısa ağlabatan izahi verməyi düşünmürlər. Bu sferada etirazçılığı anlamaq mümkündür, ancaq bir çoxlarının dövlətə şəhid və qazilərə münasibətin necə olmasını öyrətməsi kənardan olduqca gülünc və süni görünür.
Bu arada Türkiyənin niyə gəlmədiyini də başa qaxınc edənlərin nigarançılığına gözlənildiyi kimi Türkiyə özü son qoydu. Gəldilər, ruslarla birlikdə Monitorinq Mərkəzini də açdılar. Elə ruslarla birlikdə də Naxçıvan yolunu da açacaqlar.
Elə ruslarla birlikdə erməniləri də bölgədə adam kimi davranmağa öyrədəcəklər. Əgər siz orta məktəbdə ibtidai təhsilin ən azı dörd il davam etdiyindən xəbərdarsınızca və ardınca qələbədən üç ay keçməmiş bütün arzularınızın çin olmasını gözləyirsinizsə, elə arzularınızla da qalın. Böyük siyasət sizin bir yataqlıq yuxularınızla müəyyənləşmədiyinə görə, ya kənara çəkilb öz yuxularınızla baş-başa qalın, ya da böyük siyasətdən boş başınızı kənara çəkin.
Hələ bir son çıxış yolu da var. Qarabağı xilas etmiş və xilas edərkən də Azərbaycanı Qarabağ üzərindən təhdid edəcək təhlükələrdən xilas etmiş bir iqtidarın imzaladığı anlaşmanın gerçəkləşməməsinin bəlkə də ən real yolu Rusiyada hakimiyyət dəyişikliyi, yaxud da mövcud rus hökumətinin sosial xaosla üz-üzə qalmasıdır. Məntiqlə yanaşası olsaq, normal Azərbaycan vətənpərvəri, yaxud da günün qələbə sevincini yaşayan azərbaycanlısı üçün indiki şərtlərdə ən uyğun olanı məhz Putun Rusiyasıdır.
Yadınıza salıram, 1917-ci ildə Rusiyada fevral inqilabı baş verəndə ən çox sevinənlərin sırasında milli azlıqlar gəlirdi. Azərbaycanda da sevinirdilər ki, artıq demokratik hürriyətlər dalğası gələcək. Az sonra bolşevik terroru oktyabrda baş verəndə hamı özünü bu terrorun girdabından qurtarmaq üçün müstəqil dövlət olmağa can atırdı. Bolşeviklər toparlanana qədər milli azlıqların çoxusu bu və ya digər dərəcədə müvəqqəti müstəqilliyini əldə etdi. Bolşeviklərin çarın sülaləsinə və özünə rəhmət oxutdurması üçün elə də çox vaxt keçmədi. Yəni yaxşı-pis, qısa müddətə də olsa biz müstəqil dövlət olma qazancı əldə etdik və böyük itkilər bahasına da olsa onun bərpası idealımızı gələcəyə daşımış olduq.
1991-ci ildə də SSRİ dağılanda yenə də perspektivdə müstəqil dövlət qurma şansımız yarandığına görə Moskvada baş verənləri səbrsizliklə izləyirdik. Şükürlər olsun ki, bu dağıntıdan sonra müstəqilliyimizi əldə etdik. Bəs XXI əsrin 20-ci illərində Rusiyada baş verəcəklərdən nə gözləyirik? Artıq 30 ilin müstəqil dövlətiyik, üstəlik də Qarabağ problemini 44 günə dörddə dörd həll etmişik, indi özünü ən ağıllı hesab edənləriniz söyləsin görək Rusiyada sabitlik bizə vacibdir, yoxsa xaos? Navalnının göbəyini hansınız kəsmisiniz ki, onun yerinə şəhadət gətirirsiniz ki, Rusiyada demokratiya bərqərar olacaq? Havalnı Gürcüstanda, Krımda işğalçılığa haqq qazandıranda qulaqlarınızı deyəsən qapatmışdınız. Bir də küçədən gələn dalğa tarixdə haçan Rusiyaya demokratiya və yaxud cüzi də olsa xoşbəxtlik gətirib ki?
Bizim qələbə bəyanatımızın altında indiki Rusiya prezidentinin imzası var, Azərbaycanla bağlı mövqeyi də indiki şərtlərdə maraqlarımızı təmin edir, indi nə deyirsiniz, bu imzadan yayınmaq ehtimalı olan başqa bir qüvvənin gəlməsinimi arzulayırsınız? Məhz indiki məqamda Rusiyada hakimiyyət dəyişikliyini arzulayanlar və bunu cəmiyyətimizə təbliğ edənlər Qarabağ qələbəmizin yarımçıq qalmasını arzulayanlardır.
Bilməməzlikdən yox ha, sadəcə qanmazlıqdan! Bəlkə də qana-qana edirlər. Baxın, eyni zehniyyət bələdiyyə seçkilərində İmamoğlunun da Ərdoğana Türkiyədə qalib gəlməsinə sevinirdi. Halbuki daha güclü Ərdoğan Azərbaycana daha güclü dəstək deməkdi. Siz elə bilirsiniz ki, Türkiyədə Süleyman Dəmirəl zehniyyətində biri iqtidarda olsaydı, Azərbaycanla bağlı bu qədər risqi gözə alacaqdı? Ərdoğan hamıya meydan oxudu, dedi ki, Azərbaycana toxunan olsa, anasını ağladaram. Odur ki, sağlam düşünən azərbaycanlı başqa ölkələrdə baş verənlərə də özünün xəyali demokratiya marağından deyil, müqəddəs Azərbaycan marağından baxmalıdır. Bu gün heç İranda da hansısa xaos, mərkəzdənqaçma, sanksiya basqısı bizim milli maraqlara uyğun deyil. Görmürsünüz ki, İran özü də 5 ay öncəki İran deyil? 5 ölkəni gəzib hamını özünün dəyişdiyinə inandırmaq istəməsi və inteqrasiyaya can atması bizi niyə sevindirməməlidir? Xəyallarınızda illərdir qurduğunuz siyasət masadakı, məkandakı siyasətlə uzlaşmırsa, gələcəyimizə nədən mənasız ümidsizliyi daşımağa can atırsınız?
Əslində Azərbaycan siyasətində əsas problem ikiüzlülüklə bağlıdır. Ötənlərdə söyləmişdim ki, Qarabağın azadlığı Rusiya ilə anlaşma ilə gerçəkləşərsə, o halda anti-Rusiya mövqeyi tutmağımız səfehlikdir. Xaricdən otarılan sosial şəbəkə qaragüruhu ifadənin başını-ayağını dəyişərək əleyhimə kampaniya başlatdı. Bu gün qaragüruhçuluğa meydan oxuyaraq doğruları söyləməkdə israr etmək nə qədər ağır əsəb bahasına başa gəlsə də, qətiyyən ikiüzlülük etmək olmaz, Azərbaycan naminə iqtidara da, müxalifətə də, cəmiyyətin qananına da, qanmazına da anladıqları dildə və üslubda bu gerçəyi söyləməliyik. Şərti olaraq işlətdiyim ifadədə Rusiya əvəzinə ABŞ da yaza bilərsiniz, Avropa Birliyi də İran da. Hətta Ermənistan da.
Mənə öz Vətən torpağımın azadlığı lazımdır, bunun üçün kiminsə başını əzəcəyəm, kiminləsə sövdələşəcəyəm, kiminsə neytrallığına çalışacağam, kiminləsə qardaş olacağam, artıq bunlar taktiki məsələlərdir. Maraqlıdır ki, qələbəmizin memarı olan ölkə prezidenti də məhz bu taktiki addımların hamısını atıb, həm də uğurla atıb. Rusiya sülhməramlıları da onun imzaladığı bəyanata əsasən gəlib, Türk əsgəri də məhz onun tələbindən sonra bəyanatın maddələrinə daxil olmadan bölgəyə daxil olub. Bir siyasətçi kimi mən də səlahiyyət sahibi olsaydım məhz bu addımı atardım və nəticəsinin də uğuruna inamım tamdır. Ancaq birisi çıxıb dövlət televiziyasına bəyanatın böyük uğur olduğunu təbliğ edirsə, ardınca dövlətdən aldığı vəsaitlə açdığı sosial şəbəkə səhifəsində Rusiya sülhməramlılarının gəlişini xəyanətə bərabər tutursa, bu sadəcə ikisifətlilik olmur, məqsədyönlü şəkildə qələbəni urvatsızlaşdırmaq olur.
Bu da bizə Qərbdən, ermənidən gələn bir istiqamətdir ki, cəmiyyətdə Rusiya ilə münasibətlərimizi çılpaq şəkildə, həm də hədsiz emosiyalarla müzakirə edək. Çünki Rusiya şovinizminin qıcıqlandırılması üçün bundan faydalı hansı istiqamət ola bilər ki? Biz də zaman-zaman məcbur oluruq ki, əks arqumentlərdə emosiyalarımızı bir az çərçivəyə salıb cəmiyyəti soyuqqanlı düşüncəyə yönləndirək. Baxışlar fərqli ola bilər, ancaq fikrimcə vaxtilə Rusiya ordusunun Azərbaycandan çıxarılması həqiqətən mərhum Elçibəyin ən böyük xidmətlərindən biri idi. Elçibəyin məntiqi çox sadə idi. Rusiya birlikləri birini Bakıda, digərini Lənkəranda, başqasını Gəncədə silahlandırırsa, o halda sabit dövlət qurmaq mümkün olmayacaq, addımbaşı çevrilişlər nəticəsində Azərbaycan banan dövlətinə çevriləcək. Nəyin bahasına olursa olsun bu qoşun çıxmalıdır ki, təhlükə ilə iç-içə deyil, üz-üzə qala bilək.
Sadəcə, Rusiya qoşunu çıxandan on gün sonra Gəncədə bu qoşunun silahlandırdığı qüvvənin qiyamı başladı və qısa müddət ərzində bəndənizin də üzvü olduğu təcrübəsiz bir iqtidar toparlana bilmədi və dövlət çevrilişi baş tutdu. Mərhum Heydər Əliyev öz çevik siyasi manevrləri ilə prosesin xarici qüvvələrin maraqlarına uyğun dəyişməsinə imkan vermədi və sabit hakimiyyət formalaşdırmaq üçün vaxtında zəruri addımlar ata bildi. Ancaq əminəm ki, əgər Rusiya qoşunu burada olsaydı, 1994-cü ilin və yaxud 1995-ci ilin hərbi müxalifətinin Heydər Əliyevə qarşı çevrilişi gerçəkləşdirmək şansı kifayət qədər ciddi olacaqdı. Demək ki, Elçibəyin vaxtında atdığı tarixi addım Azərbaycan dövlətinin sabit təməl üzərinə keçməsinə imkan tanımış oldu.
Deyərlər ki, tarix təkrar olunur, bu ehkamı düşüncəm əsaslı olaraq hələ də qəbul etmədi. Çünki Heraklit daha məntiqli izah edirdi ki, bir çaya eyni zamanda iki dəfə düşmək olmaz. Amcaq əmin olduğum bir tezis var ki, o da insan ağlının və ya ağılsızlığının dönə-dönə təkrar olunmasıdır. Bölgəyə Rusiya sülhməramlılarının gəlişinə də tarixin təkrarı olaraq deyil, bizim nə dərəcədə ağıllı və ağılsız davranacağımız proses olaraq baxılmalıdır, məncə. İndiki Rusiya missiyası tamamilə başqa və real şərtlərdən doğan, həm də yalnız Qarabağın bir hissəsi ilə, həm də zamanla məhdudlaşan bir missiyadır.
Bu missiya ilə birlikdə biz həm də bölgəyə qardaşımız, baştacımız olan Türkiyəni də silahı ilə birlikdə gətirmişik. Qarabağ indi yalnızca bizim, erməninin, rusun yerləşdiyi bölgə deyil, həm də Türkiyənin bütün imkanları ilə söz sahibi olduğu bölgədir. Böyük Mehmet Akifin “İstiqlal” marşının başlanğıc misrasındakı başlanğıc sözünü burada xatırlatmanın yeri var: “Qorxma!” Bundan sonrakı mərhələdə biz sadəcə ağılsızlıq etməzsək, hamını öz ssenarimiz üzrə hərəkət etməyə inandıracağıq. Hətta anlamaz saydığınız erməniləri də!
Bu urvatsızlaşdırma kampaniyasında prezident komandasının hadisələrə, proseslərə vaxtında və anlaşılan formada izah verə bilməməsi də az rol oynamır. 44 gün ən kritik anlarda prezident öz orijinal çıxış üslubu ilə milləti qələbəyə daşıdı. Hər səlahiyyətli məmur qələbədən sonra çox yox, 44 gün də yox, sadəcə ayda dördcə gün 44 dəqiqə qələbənin mahiyyətini və gələcəyimizin konturlarını doğru izah edə bilsəydi bu cür möhtəşəm, tarixi, millətimizi və dövlətimizi yenidən dirildən qələbəni hansı qüvvə urvatsızlaşdıra bilərdi? İqtidarın monoton və bürokatlaşmış informasiya cinahı sosial şəbəkənin dağınıq iynələməsinin gücü qarşısında yeniləşməyi bacarmadıqca, qələbənin urvatsızlaşdırılması daha acınacaqlı nəticələr doğura biləcək.
Başqalarına ağıl öyrtəmək məqsədim yox, sadəcə bəyan etmək istədim ki, mən özümü bir vətəndaş olaraq bu qələbənin tam hüquqlu sahibi hesab edirəm. Mən öz içimdən məğlub xalqın obrazını silə bilmişəm. Mənim qələbəmi kimsə urvatsızlaşdıra bilməz.
Biz qalib xalqın yeni nəsli məğlub xalqın köhnə nəslinə azacıq da olsa güzəştə gedərsək, Qarabağ bundan sonra ən yaxşı halda bizim üçün işğaldan azad olunmuş ərazi kimi anlaşılacaq. Halbuki təcili və əbədi Vətən olması lazım...
Ölkə
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
aye doyuwen ,,weref,rewadet ordeni olmayan kasif balalari idi,aye
....mİLLİ mƏCLİS KEÇƏN 20-25 İLDƏ BİR DƏFƏ DƏ OLSUN MİLLƏTİ MARAQLANDRAN,İNLARIN HƏYATINA MƏNFİ TƏSİR EDƏN PROBLEMLƏRİ MÜZAKİRƏ EDİB QƏRAR ÇIXARMADIĞI HALDA BUNLAR BOŞBOĞAZLIQLA MƏŞĞULDURLAR.İİ ƏM
Ay Fazil bəy.işi yarıda qoyubrus ordusunu plkəyə buraxmaq,bu ordunun a açıq-qçıqca erməniləri Qarabaa gətirməklə.onlara himayədarlıq etməsiAzərbaycanılarınXankənsi və digər rayonlara buraxmaması,Laçın dəhlizinin AZərbaycan tərəfindən nəzarəətdən kənar saxlanması nə deməkdir?
Rusu soxdular oldu urvatsız. Tamqələbəyə bir neçə gün qalmış rus ordusunu gətirdilər
Fazil bəy tamamilə doğrudur.Təcili ölkə daxilində bütün sahələdə ciddi islahatlara başlamaq lazımdır.belə olmasa daxildə kök salmış bu... daha da quduzlaşacaqlar
Görünən bu ki. bataqlıq dixotomiyası hələ də cox aktualdır. Cox təəssüf... Ölməyəcəyinə biət etdiyimiz sonuncu şeyin--ÜMÜDİN son cırpıntılarını müşahidə etməkdəyik...
Qarabaği verən də torpaği satan da ..... Vatikan papasindan daha cox xristian olmaq istəyirlər.
Hörmətli Fazil bəyin fikirləri hadisələri dərindən anlayanlar üçün qəbulediləndir, ölkədəki ciddi problemlər(əhalinin yaşayış səviyyəsinin aşağı olması kimi) islahatlar yolu ilə qısa müddətdə həll edildikdən sonra xalq, cəmiyyət rahatlaşacaq.....
Bu məqalədən göründü ki elə Fazil Mustafanın da siyasətdən başı elə mənimki qədər çıxır..yenə də müstəqil fikrlərə (səhv olsa belə) "əcinə ovu"na çıxmaq...Əgər F.Mustafa tarixə bir qədər diqqətlə baxsa görər ki ermənilər 1918-1922, 1937-38, 1947, 1958, 1969, 1972. 1988-1992 -ci illərdə torpaq iddiasında olublar və yalnız 1918-1922 və 1998-1992-ci illərdə Zəngəzuru, Qarabaı zəbt ediblər...niyə yalnız o vaxt...çünki hər ikisində mərkəzi hakimiyyət, birində çar Rusiyası, digərində isə SSRİ zəifləmiş və dağılmışdı...Mərkəzi hakimiyyət güclü olanda nə otuzuncu, nə də altmış-yetmişinci illərdə bunu bacarmamışdılar..Çünki ermənilər həmişə "X" saatına tam hazır vəziyyətdə olurlar. elə mərkəzi dövləti dağıdanların ön sıralarında olmaq şərtilə..bizdə isə əsl ziyalı olmadığı üçün biz belə vəziyyətə heç vaxt hazır olmuruq...sır"höküm )
Hörmətli deputat Fazil Mustafa!Qələbəni urvatsızlaşdıran hakimiyyətdir.Döyüşlərin getdiyi vaxt bir sırada qərarlaşan xalq sonradan yenə əvvəlki regionçuluğun qurbanına çevrildi.Yenə vəzifələr .... Bölücülük,qələbəni urvatsız edən budur!Xalq gördü ki,yenə onu kənara tullayır,qabiliyyətinə və bacarığına görə ona qara fəhləlikdən başqa heç nə vermirlər. Xalqın mənəvi cəhətdən işğalı torpağın işğalından daha təhlükəlidir..... Hakimiyyətə itirilmiş etimad hər gün böyüyür.Balalarımız tərki-vətən olub yabançı ölkələrə üz tutur.Oİnları bu günə salmaq nə vaxta kimi davam edəcək?Sizin yaratdığınız partiyalar (onların hamısına lənət!) xalqın basqılar altında saxlanmasına yönəlib.Tanrı cəzalarını versin!
Qələbəni urvatsız edən elə özləridir. Şəhid ailələrinə, qazilərə, yaralı hərbçilərə münasibət, daha sonra hərbçilərin maaşlarının yarıbayarı azaldılması, yanacağın, suyun bahalaşdırılması rüsvayçılıqdır. Sizin kimi malakeş deputatlar səbəbi başqa yerdə axtarmasın
Döyüşdə olmuş, fiziki sağ hərbçilərə hansı dəyər verilir? Mənəvi-psixoloji reabilitasiyaları, istirahətləri, özlərinə gəlmələri üçün hansı real tədbirlər görüldü? Onlara hansı şərait yaradıldı? Hansı imkanlar yaradılır?