“Azərbaycanın başının üstündə bir kabus əmələ gəlib, o da Tarif Şurasıdır. Heç kim bilmir ki, orada kimlər var”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“Bir də gördün qiyməti qaldırdılar. Heç kim də camaatın qabağına çıxmır. Bütün işlər qalıb deputatın üstündə. Tarif Şurası hansı hüquqla insanların rifahının yaxşılaşdırılmasını pozur? Mənə elə gəlir ki, təcili olaraq Tarif Şurasını ləğv etməliyik. Biz heç bilmirik ki, nə vaxt bahalaşma olacaq. Prezidentin gördüyü işə bu qədər kölgə salmaq lazım deyildi ”, - deputat bildirib.
Deputat Erkin Qədirli də həmkarının dedikləri ilə bağlı münasibətini bildirdi: “Bəli, Tarif Şurası parlamentin nəzarətindən kənar büdcəyə müdaxilə edən qurumdur. Büdcəyə müdaxilə olmamalıdır. Mən demirəm ki, Tarif Şurası ləğv olunmalıdır. Təklif edirəm ki, biz bu məsələyə baxaq və ehtiyac olarsa, cənab prezidentə də təkliflər təqdim olunsun”.

Deputat Sabir Rüstəmxanlı suyun qiymətinin artırılmasına etiraz edib.
S.Rüstəmxanlı əhalini narazı salan məsələləri aradan qaldırmağın vacib olduğunu bildirib.
“Dünən suyun qiyməti qalxdı. Tarif Şurası benzinin də qiymətini qaldırıb”, - deyə S.Rüstəmxanlı əlavə edib.
O təklif edib ki, Tarif Şurası parlamentə dəvət olunmalıdır və hesabat verməlidir:“Biz deputatlar bilməliyik ki, qiymət artımını hansı meyarlarla edirlər?! Ölkənin stabil saxlanmasına cavabdeh olan qurumların dinləmələrini keçirməliyik”.

Şərhlər
"AZƏRSU" tam biyabırçılıq
Şuşaya suyun çəkilməsi bazargünü suyun qymətlərinin artırılması barədə qərar verməyə əsas vermir.İkinci tərəfdən, Tarif şurası deyilən quruma nazir müavinlərinin cəlb edilməsi tam yanlışdır.Çünki onlar xalqı yox.nazirliklərin varlanmasına çalışanlardır.Burada ictimaiyyətin nümayəndəli olalı,onlar təklif hazırlayaraq müzakirəyə çıxarmalıdırlar.Təklf Milli məclisdə qəbul oarsa Prezident tsdiqklədikdən sonra qüvvəyə minər.Yoxsa əhali ilə gizlənpaç oynayaraq bazar və bayram günləri ( benzində oldiğu kimi) öz aralarında qərar qəbul edib xalqı ələ salmaq olmaz.
Şuşaya çəkilən suyun maliyyə mənbəi ölkə başçısı tərəfindən ayrılan vəsaitlərdir.Boş düşüncələrlə milləti çaşdırmayın.Tarif şurasının tərkibi yanlışdır.Orada xalqən nümayəndələri( talançı nazir müavinləri yox) oturmalı və onlar yalnız təklif vermə hüququna malik olmalıdırlar.Qərar qəbul edən Milli məclis,Baş nazir vgnazir
Tarif şurasında Nazir müavinlərinin oturdulması tam yanlışdır.Çünki onlar xalqı yox.öz nazirliklərinin gəlir və rüşvətlərini düşünəcəklər.Tarif şurası əgər yaradılırsa orada ilkin olaraq ictimaiyyətin savadlı nümayəndələri oturdulmalıdır.Bundan əlavə Tarif şurası əsaslandırılmış analizlərlə Milli Məclisə ttəklf erə bilər.Milli məclisdə müzakirədə rəy müsbət olarsa o zaman Prezident imzaladıqdan sonra qüvvəyə minər.Yoxsa bazar və ya bayram günləri ortaya çıxarılan əsaslandırılması mümkün olmayan qərarlar ölkəni bərbad edir və edəcək.mNəklif verə um
Tarif şurası təlbaşına soygunçu məmurların təklifini qəbul etməməlidir və bu təkliflər ictimaiyyətdə müzakirə olunduqdan.əsaslı motivlər olduqda Milli Məclisdə müzakirəyə çıxarılmalı və əgər əsas olarsa MM-də qəbul edildikdən sonra Nazirlər Kabineti və ya Prezident tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minməlidir.Yoxsa bir qrup korrupsioner xalqın güzəranı ilə varlanması yolverilməzdir.
gedin oturun yerinzde,ruwvetxor memurlarin,,inkiwafina,,mane olmayin
Allah beləlrindən xalqımızı qorusun.Məmurların mənafeyi xalqdan üstün tutulur
Neyçün günahı bu bədbəxt Tarif şurasınınm üstünı atırsınız. Tarif şurası Azərbaycandakı bütün qurumlar, o cümlədən parlament kimi kimi müstəqil deyil. Tarif şurasının üzvləri nazir müavinləridirlər. Yuxarıdan göstəriş verilməsə onlar kimdirlər axı! Bunu niyə başa düşmək mnistəmir bu millət. Elə bütün günahı yıxırlar tarif şurasüının üstünə. Axı kimdir bu tarif şurası?!
Tahir müəllim düzgün rəy verib, yəni mənasız bir qurum olan Tarif Şurası vaxtında ləğv edilməlidir , çünki onun qanunsuz qərarları vətəndaşı dövlətdən narazı salır, sosial narazılıqları artırır..... Belə ki, Azərsuda və onun tabeli idarələrindən maliyyə maxanasiyaları hökm sürməkdədir. Lori dildə desək korrupsiya həmin idarələrində hökm sürür... Adicə Şəkinin və Oğuz rayon Su İdarəsinin Şəki də onlarca pul qazanan obyektləri var.. Bu obyektlər hardan olmuşdur, əlbəttə Su idarəsindən qanunsuz yolla əldə etdiyi milyonların hesabına... Azərsuda və rayonlarda olan Su idarəsində qanunsuzluqlar hökm sürür və adlarını Bayram və Vüqar adlarını milyonçuların siyahısına salınmasına nail olublar.... Şəki və Oğuz Su İdarəsində korrupsiya hökm sürməkdədir və aidiyyatı qurumlar bu qanunsuzluqlara göz yummaqdadırlar.... Kadr təyinatı düzgün olmadığına görə , cCəbrayılzadənin dediyinə görə Azərsu ASC 2021-ci ildə də zərərlə işləməsi qeyd olunubdur..... saadsız və maliyyədən baş çıxmayan adamları Su İdarəsinə müdir və injiner təyin ediblər.. Zərərlə işləməsinin əsas səbəbindən biridə budur... Qorxmaz Hüseynov tərəfindən kadrların təyin olunmasında cidi nöqsanlara yol verilib bu səbəbli dövlət əhalinin içməli suyuna milyonlar ayırmasına baxmayaraq Şəki əhlisinin içməli suyu qaneedici deyil, içməyə yararsızdır... Xahiş olunur Şəkinin içməli suyunun tərkibi yoxlanılsın.....!Dövlət büdcəsindən ayrılan pullar süni yolla mənimsənilir və cənab Prezidentimizin işgüzar nüfuzuna zərbə vururlar.. Onların qanunsuz hərəkətləri bağışlanılmazdır ! Azərsuyun və tabeli strukturların maliyyə - təftiş fəaliyyətləri qanuni qaydada araşdırılmalı və hüquqi qiymət verilməlidir. Əgər onların fəaliyyətləri yoxlanılsa , mənimsənilən pullARIN cəmi dövlət büdcəsinin 4/1 -ə bərabər olacaqdır... Yenədə deyirəm Tarif Şurası ləğv olunmalıdır....
Əhaliyə xidmət göstərən,əhalinin yaşayış səviyyəsinə yəsir edn bütün məsələlər Milli Məclis adlanan queumun müzakirəsindən keçmədən tətbiq edilməsi qanuni sayıla bilməz.Ona görə fiktiv formada yaradılan və yalnız oliqarxlara xidmət edən,millətdən kənarda qalan "TARİF" şurası adlanan qurumun heç bir hüquqi əsası yoxdur və həmən müzakirəyə çıxarılıb ləğv edilməlidir.Uzun illərdir əhali bu qurumdan əziyyət çəkir.Bu məsələni möhtərəm Pyeidentə də çatdırmaq fayfalı olardı.
Yanacağın qiyməyinin qaldırılması heç də keyfiyyətlə əlaqədar deyil.Çünki deyildiyi kimi deyil.Çünki neftayırma zavodunda keyfiyyət məsələsi onların bildirdiyinə əsasən yalnız 2023-cü ildən sonra AVRO-4-ə və ya AvrO-5-ə uyğun gələ bilər.Əgər mümkün olaesa.Ona görə bu gün Tarif şurasını məlumatı-tamamilə yanlış olmaqla əsassızdır və bəzi şəxslərə ayı xidmətidir.
Tarif şurası buyruq quludur,nə deyirlər olu da edir.
Admin müəllim, niyə kommentleri buraxmırdıniz? Bəlkə Yezid və Maliyyə ilə qohumluğunuz var?
Allah sizdən razı olsun, Tahir bəy. O biri guya müxalifət partiyalaraından olan deputatlar susurlar. Ana müxalifət, bilmirəm ata müxalifət təmsil olunur axı parlamentdə. harda gizləniblər?! Neyçün xalqın səsinə səs vermirlər, guya müxalifət partiyalarının nümayəndələ\ridirlər. Ay hay. elə ciblərinizi doldurun. haram olsun sizə
Vitse spiker Adil Əliyev sifarişlə lazımsız işlərlə məşğul olub gündəmdə qalmaq əvəzinə suyun bahalaşması məsələsini qaldırsa daha yaxşı olardı. Təyinat almazdan əvvəl sakinlərə onların sosial problemlərinə dəstək olmağa söz vermişdi. Budur, bədbəxt, kasıb əhaliyə köməyi!!! Vallah yazıqdır bu millət!
Parlamentə "seçilmiş" deputatlar niyə susurlar, Axı onlar 233 manat pensiya ilkə dolanmırlar. Kimlərinsə onlar üçün aldıqlarıı bahalı maşınlarda gəzən xanım deputatlar parlamentə ancaq bahalı paltar və ziynət əşyalarının biri birinə göstərmək üçün gəlirlər. Niyə susurlar? Məgər xalqın problemi ilə məşğul olmaq üçün orada oturmayıblar?
Araşdırılsa bu damkrat idarəsini ermənilər idarə edir.Havadarlarıda quduzlaşmış adamlar idarə edir.Bu qərar təcili ləğv edilməli,suyun qıyməti əvvəlki 45 qəpiyə salınmalıdır.
Deputatın təklifini dəstəkləyirik!
Taarif şurası vasitədir.
Cənab Prezident Tarif şurasını leqv elemelidir .Respublika Prokurorluğu bu üzdən iraq qurumun fəaliyyətini arasdirmalidir
Indi müasir dünyanın imkanları nəinki Tarif şurası adlı yerdə nə baş verdiyini, az qala dünyanın ən sirli qurumlarında baş verənləri dərk etməyə imkan verir. Kimlər isə özünü sadəlövh göstərmək ilə yarınmağa çalışır. Adı gedən bu şura bir nəfər dediyi göstərişləri yerinə yetirir. Sizin kimilər isə "iz azdırmaq" oyunu oynamayın. Indiki millət sizin fikirləşdiyi iz qədər məlumatsız deyil. Vəssalam
Bizimkilər çox humanistdirlər,ancaq özümüzə yox başqalarına,həttda düşmən erməniyə də. Z.Oruc deyirdi Xankəndini erməniyə aid olan əraziləri də salaq büdcə xərclərinə. Başqa birisi deyirdi ki ermənini yaxşı yedirdib içirdsək keçəcək biz tərəfə. İndi yəqin düşmənə müharibədə dəyən zərəri,bu günkü xərclər,sürhməramlıların xərcini bizimkilər götürüblər öz üzərinə, çünki hunanistdirlər axı. O xərci indi müxtəlif üsullarla bizdən çıxaracaqlar. Yaman gündəyik. Milyardlar bəlkə trilyon gəliri olan millətik,ancaq nə günə salıblar bizi. Xahiş edirəm imkan varsa bunu elə beləcə də verin.
5-ci kolandur,6-c; kolondur hər nədirsə elə bil Prezdentin reytinqini aşağı salmağı,iqtidar xalq birliyi arasında narazılıq yaratmağı öhdəlik götürüb.Ətlə dirnaq arasına girən iylənəcəyini bilsinlər.Tarif Şurası dərhal ləğv edilməlidir.
Bunun özünü deputatlığdan ləğv etmək lazımdır,bir gündə olsa belə,istehsalatda çalışmayıb,istisimar xərcləri deyilən anlamı yoxdur,görəsən Şuşaya suyun çəkilməsində sərf olunan maliyədən anlayışı var bu deputatın.